Allahın salamı olsun deyerli oxucularmiza.Həcc – İslam dinin sütunlarından biri. Qurani-Kərimdə qeyd olunur: “Camaatı Həccə çağır ki, piyada ya dəvələrin üstündə uzaq yerlərdən sənin yanına gəlsinlər.”[Həcc surəsi, 27]. Həccin hökmləri: Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir. Qurani-Kərimdə həccin vacib olduğu insanlar barəsində buyurulur: “Allah-taala bu evin ziyarətini Həccə getməyə qüdrəti olan şəxslərə vacib etmişdir.”[Ali-İmran surəsi, 97]. Ümumiyyətlə quran və hədislərdə həccin ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan müsəlmana bir dəfə vacib olması qeyd olunur: 1. Hədd-büluğa çatmış olsun. 2. Aqil və azad olsun. 3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır. Amma əgər bu halda həccə getsə, günah etməsinə baxmayaraq, həcci səhih olur. 4. Müstəti olsun. Özünə məxsus evi olmadan ehtiyacını ödəməkdə çətinliyə düşən bir şəxsə, həcc, yalnız evin puluna sahib olduğu təqdirdə, vacibdir. Məkkəyə gedə bilən qadın, qayıdandan sonra özünün malı olmasa və əri də məsələn, fəqir olub onun xərcini verə bilməsə və çətinliklə yaşamağa məcbur olsa, həcc ona vacib deyildir. Yol azuqəsi və miniyi olmayan bir şəxsə, başqa birisi “sən həccə get, sənin həcc səfərində olduğun müddətdə sənin və ailənin tə`minatını mən ödəyəcəyəm” deyərsə, onun bu sözünə əmin oluna bilərsə, həcc ona vacib olar.Əgər bir şəxs müstəti olsa və Məkkəyə getsə və göstərilmiş müəyyən vaxtda Ərəfata və Məşərül-harama çatmasa, belə ki, əgər sonrakı illərdə müstəti olmasa, həcc ona vacib deyil, lakin əgər qabaqkı illər müstəti olub və həccə getməyibsə, bu halda əgər zəhmət olsa belə, gərək həccə getsin. Əgər müstəti olan bir şəxs həccə getməsə və sonra qocalığına, ya xəstəliyinə, ya zəifliyinə görə həccə gedə bilməsə və bundan sonra həccə getməsinə ümidi olmasa, gərək başqasını öz tərəfindən həccə göndərsin. Sonradan əgər qüdrəti olsa, özü də həccə getsin. Həmçinin birinci ildə həccə getməyə çatan qədər malı olduğu halda qocalıq, xəstəlik və ya gücsüzlük üzündən həccə gedə bilməzsə və sonradan müqtədir olmasından da ümidsiz olsa, hökm eynidir. Bu təqdirlərin hamısında öz tərəfindən naib tutulan şəxs kişidirsə, onun naibinin “sərurə”, yəni ilk dəfə həccə gedən şəxs olması müstəhəbb ehtiyatdır. Başqası tərəfindən həccə getməyə əcir olunmuş şəxs, gərək onun tərəfindən nisa təvafını da yerinə yetirsin və əgər yerinə yetirməsə, qadın o əcirə haram olur. Əgər nisa təvafını düzgün yerinə yetirməsə, ya unutsa, belə ki, bir neçə gündən sonra yadına düşsə və yarı yoldan qayıdıb yerinə yetirsə səhihdir, amma əgər qayıtmaq onun üçün çətin olsa, özünə naib tuta bilər. Ümumiyyətlə həcc vaxtı ehramda olan vaxtı kişiyə öz arvadı haram olur. Bu barədə Allah buyurur: “Həccin müəyyən ayları vardır. Bu aylarda Həcci yerinə yetirən kəs (bilsin ki) Həcc əsnasında bir yatağa baş qoymaq, günah və münaqişə etmək olmaz.”[Bəqərə sursəi, 197]. İslamın qollarının bəzilərində bu hətta nisa təvafı yerinə yetirilib qurtarıncaya qədər davam edir. Həccin fərz olmasının şərtləri:Bir şəxsə həcc ibadətinin fərz ola bilməsi üçün aşağıdakı şərtlər vacibdir. Müsəlman olmaq Yetkinlik çağına girmək Ağıllı olmaq Azad olmaq Əsas ehtiyaclarına və evinə dönüncəyə qədər ailə fərdlərinə yetəcək, yol və vasitə məsrəflərini ödəyəcək qədər pula sahib olmaq…….

 

heqiqet.az

 

 

 

 


more post like this