Sual: 48. Vacib həcc qeydiyyatına düşmək üçün (həmən ilin gəlirindən) hesaba köçürülən və bir ili ötmüş pula xüms düşürmü?

Cavab: İmam (r) və Fazil: Həcc vacib olduqda qeydiyyata düşüb, pul köçürməkdən başqa yolla getmək mümkün olmazsa, xüms düşmür. Digər hallarda xüms verilməlidir.

Xamenei: Əgər köçürülmüş məbləğ həcc və ziyarət təşkilatı ilə bağlanmış müqavilədəki qiymət ünvanında olarsa xümsü yoxdur.

Behcət, Məkarim və Safi: Xümsü yoxdur.

Sistani: Əgər başqa yolla (zəhmət çəkmədən) həccə getmək mümkün deyilsə, xüms düşmür. (Sistaninin katibliyi)

Təbrizi və Vəhid: Xümsü verilməlidir.

Nuri: Həccin vacib olduğu ilin gəlirindən köçürülmüş pulun xümsü yoxdur.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this