Hər hansı bir Peyğəmbər (s.ə.v.v) özünü Allah tərəfindən göndərilən bir şəxs, mötəbər və həqiqi rəsul kimi öz millə-tinə tanıtdırmaq istəsəydi, öz iddiasını Allah tərəfindən ona verilən möcüzə vasitəsi ilə isbat etməli idi. Burada qeyd etmək lazımdır ki, ilahi, xariqul-adə, heyrətamiz və fövqəl-təbii hadisələr (Quranın təbiri ilə) möcüzə surətində Musaya (ə) verilmişdi ki, onun Peyğəmbərçiliyinin sübutu olsun. Onlar aşağıdakılardan ibarətdir: 1- Həzrəti Musanın əsasının böyük əjdaha surətinə düşməsi;[1] 2- Musa əleyhissəlamın əlinin nurani olması;[2] 3- Dəryanın yarılması;[3] 4- Daşın içərisindən su qaynaması;[4] 5- Asimandan mənn və səlvanın nazil olması;[5] 6- Buludun Bəni-israil tayfasının üzərinə kölgə salması;[6] 7- Ölülərin dirildilməsi;[7] 8- Dağın Bəni-israil tayfasının başı üzərində göydən asılı vəziyyətdə qalması;[8] 9- Zalımların məsx olunaraq meymun şəklinə düşməsi.[9] [1] “Əraf” surəsi, 107-ci aəyə, “Şüəra” surəsi, 32-ci ayə [2] “Şüəra” surəsi, 33-cü ayə, “Əraf” surəsi, 108-ci ayə [3] “Bəqərə” surəsi, 50-ci ayə [4] “Bəqərə” surəsi, 60-74-cü ayələr [5] “Bəqərə” surəsi, 57-ci ayə [6] “Bəqərə” surəsi, 57 və 93-ci ayələr [7] “Bəqərə” surəsi, 56 və 73-cü ayələr [8] “Bəqərə” surəsi, 63-cü ayə [9] “Bəqərə” surəsi, 66-cı ayə, “Əraf” surəsi, 166-cı ayə

ziyaret.az


more post like this