Bəli, bu barədə 107 hədisdə məlumat verilir. İbn Abbas həzrət Peyğəmbərdən (s) belə nəql edir: “Allah-tәala yer üzünə nəzər saldı. Məni seçdi, peyğəmbər qərar verdi. Sonra ikinci dəfə nəzər saldı. Əlini seçdi və onu İmam qərar verdi. Mənə əmr etdi ki, onu özümə qardaş, canişin, xəlifə və vəzir seçim. Əli məndəndir, mən də Əlidən. O qızımın əri, iki nəvəm Həsən və Hüseynin atasıdır. Agah olun! Allah-tәala məni və onları öz bəndələri üçün höccət qərar vermişdir. Eləcə də, Hüseyndən olan İmamlar müəyyənləşdirilmişdir və onlar qiyam edib mənim vəsiyyətimi qoruyacaq. Onlardan doqquzuncusu mənim Əhli-beytimin qaimi, ümmətimin Mehdisidir. Görünüş, danışıq və hərəkət baxımından mənə ən çox oxşayan da odur. Uzun qeybətdən və azdırıcı heyrət-dən sonra zühur edər…” (“Kəmalud-din”, s. 257.)

 

http://sualcavab.ge

 

 


more post like this