MÜQƏDDƏS SÖZLƏR
Allahın mələyi peyğəmbər və möminlərə müqəddəs sözlər öyrətmək üçün yerə endi. O, sözlərini kiçik bir taxtaya yazdı. Həmin sözlər bir dua olaraq gəmini tufanda qərq olmaqdan qorumaq üçün idi.
O zaman camaat öz yazılarını qədim sami dili ilə yazırdılar. Nuh (ə) bu müqəddəs sözləri taxtaya yazdı:
“Ey Allah! Ey mənim Rəbbim! Öz rəhmət və kərəminlə və bu müqəddəs şəxslərin Mühəmməd (s), İlya (Əli) (ə), Şəbər (Həsən) (ə), Şübeyr (Hüseyn) (ə) və Fatimənin (ə) əzəmətinə and verirəm, mənə kömək et!
Onların hamısı əzəmətli və hörmətli məqama malikdirlər. Dünya onların hesabına yaşayır. Onların adının hörmətinə and verirəm, mənə kömək et! Məni yalnız sən doğru yola hidayət edə bilərsən.”
Nuh (ə) taxtanı gəminin qabaq hissəsindən asdı. Möminlər o müqəddəs adlar və hələ dünyaya gəlməyən bu insanlar haqqında fikirləşirdilər. Onlar Nuhun (ə) övladlarından və onun nəslindən idilər.
Gəmi hərəkətdə idi və təlatümlü dəniz dalğaları üzərində şimal istiqamətinə doğru irəliləyirdi. Yağış hələ də möhkəm yağırdı. Möminlər Allahın dərgahına ağlayaraq raz-niyaz edirdilər. Allahdan onları bu böyük tufandan xilas etməsini istəyirdilər.
Qırx gündən sonra yağış dayandı. Buludlar get-gedə dağıldılar. Günəş nurunu saçmağa başladı. Üfüqdə gözəl bir göy qurşağı göründü. Göy qurşağı özünün yaşıl, mavi, qırmızı, narıncı, bənövşəyi və digər gözəl rəngləri ilə həyata ümid rəsmini çəkirdi.
Nuh (ə) bir qarğanı buraxdı. Qarğa göyə uçdu. O, göydə fırlanaraq geri qayıtdı. Çünki qonmağa quru bir yer tapmamışdı.
Həzrət sonra ağ göyərçini buraxdı. Göyərçin suların üzərindən uçuşa başlayıb, gözlərdən itdi. Bir müddətdən sonra göyərçin qayıtdı. O öz qırmızı dimdiyində zeytun budağı gətirmişdi. Nuh (ə) və möminlər sevindilər. Həqiqətən, tufan sona çatmışdı və Allah fasidləri yuyub atmaq üçün yeri su ilə qərq etdikdən sonra insanları məhv olmaq təhlükəsindən xilas etmişdi.
Üçüncü dəfə Nuh (ə) yenə həmin göyərçini göyə buraxdı. Göyərçin göydə qanad çaldı və qayıtmadı. Nuh (ə) anladı ki, göyərçin özünə yuva qurmaq və yeni həyata başlamaq üçün quru bir yer tapmışdır.
Gəmi şimal tərəfə hərəkətdə idi. Nəhayət, Cudi dağının zirvəsinə yan aldı. Allah-taala göy və yerə belə vəhy etdi:
“Ey yer, öz sularını ud! Ey göy, yağışı dayandır!”
Su çəkildi. Yağış dayandı və yer suları udmağa başladı. Günbəgün suyun dərinliyi azalır, dağlar görünür, təpə və ucalıqlar müşahidə olunurdu. Bəzi dərələrdə hələ də yağış suyu qalmışdı. Allah Nuha (ə) vəhy etdi ki, ey Nuh, sən və səninlə olanlar bizim tərəfimizdən salamatlıq və bərəkətlə en!
Yer tərtəmiz idi. Möminlər öz həyatlarına qayıtdılar. Onların kiçik bir cəmiyyətləri var idi: Kiçik, lakin Allaha və Onun rəsuluna iman gətirmiş pak bir cəmiyyət. Yerdə yeni insan həyatı başlandı. Mömin cəmiyyət həyatın sülh və səfasını daddı. Orada nə zalım vardı, nə də zülmə məruz qalan insan. Onların arasında oğurluq edəcək və fəsad törədəcək bir kəs yox idi. Beləliklə, Nuh (ə) və möminlər əmin-amanlıq içində yaşamağa başladılar.
Nuh (ə) uzun müddət yaşadı. Onun ömrü çox uzun idi. Çünki qəbiləsini doqquz yüz əlli il Allaha ibadət etməyə çağırmışdı. Amma Allah-taala tərəfindən peyğəmbər kimi öz qövmünə göndəriləndə neçə yaşı olduğu isə bilinmir. O həzrətin tufandan sonra neçə il yaşaması da bilinmir. Amma burası məlumdur ki, bu həzrət çox uzun müddət yaşamışdır. Ölüm mələyi Nuhun (ə) yanına gələndə, o həzrət günəşin şüası altında oturmuşdu. Mələk ondan soruşdu:
-Öz həyatın barədə fikrin nədir? Halbuki sən çox uzun bir ömür sürmüsən.
Nuh (ə) ayağa qalxdı və kölgə tərəfdə oturdu. O buyurdu:
-Həyatı belə başa düşdüm: elə bil, günəşdə oturmuşdum və sonra yerimi kölgə ilə dəyişdim.
Nuh (ə) gözlərini yumdu. O öz risalətini icra etmiş və bəşəriyyəti həlak olmaqdan xilas etmək vəzifəsini yerinə yetirmişdi. Ona görə də, Allah-taala əbədi salamı ona məxsus edərək buyurdu:
“Səlamun əla Nuhin filaləmin.” (Aləmlərdə Nuha salam olsun.)
NUHUN (Ə) TƏVƏSSÜL ETDIYI MÜBARƏK ADLAR
1951-ci ilin iyul ayında rus arxeoloqlarının bir qrupu Qaf dağlarında qazıntı ilə məşğul olduqları zaman köhnə və çürümüş taxta parçalarına rast gəldilər. Bu, onların qazıntı və axtarış işlərini daha da dərindən aparmalarına səbəb oldu. Bununla bir yerdə daşlaşmış başqa taxtalara da rast gəldilər.
Qazıntılar zamanı tapılan taxtaların arasında uzunluğu 28 sm., eni isə 20 sm. olan bir taxta parçası onların daha artıq heyrət və təəccübünə səbəb oldu. Çünki bu taxta lövhədə heç bir dəyişiklik yaranmamış, çürüməmiş və digər taxtalar kimi parçalanmamışdı. 1952-ci ilin sonlarında bu tapıntılar barəsində aparılan tədqiqatlar sona çatdı və aydın oldu ki, sözügedən taxta parçası Nuhun (ə) gəmisinin içəri hissəsinə, ayrı taxtalar isə o gəminin gövdəsinə aiddir.
Tarixçilərin yazdığına əsasən, Nuhun (ə) gəmisi Qaf dağının zirvəsinə yan almış və bu taxta parçasının üzərinə ən qədim dillərə qayıdan bəzi hərflərlə sözlər yazılmışdır. Keçmiş Sovet hökuməti 1953-cü ildə qazıntıları qurtardıqdan sonra qədim dillərlə tanış olan alim və ən nümunəvi arxeoloqlardan ibarət olan yeddi nəfərlik qrup təşkil etdi. Həmin alimlər aşağıdakılar idi:
1.Professor Solinov, Moskva universitetinin qədim dillər müəllimi.
2.İfahan Xənyu, Çin Luluhan institutunun dilşünaslıq müəllimi.
3.Mişanin Lufarenko, keçmiş SSRİ-də arxeoloji əsərlər idarəsinin direktoru.
4.Tanmul Qurov, Kifru institutunun qədim dillər müəllimi.
5.Professor Drakon, Lenin Elmlər Akademiyasının arxeologiya müəllimi.
6.İm Əhməd Kulado, keçmiş SSRİ-nin ümumi tədqiqat və kəşflər idarəsinin direktoru.
7.Miçer Kultov, Stalin institutunun rektoru.
Nəhayət, taxta və onun üzərində yazılmış hərflər barəsində səkkiz aylıq tədqiqat və araşdırmalardan sonra ümumi rəy belə oldu ki, bu taxta Nuhun (ə) gəmisinin düzəldildiyi taxtalardandır və Nuh (ə) bu taxta parçasını təhlükədən qorumaq və təbərrük üçün gəmisinə yerləşdirmişdi.
Bu taxtanın üzərinə yazılmış hərflər sami dili ilə yazılmışdı.
İngiltərəli alim, Mançester universitetinin qədim dillər müəllimi Ayumaks onu ingilis dilinə tərcümə etmişdir. İfadələri olduğu kimi sizə təqdim edirik:
O my God, my helper – Ey mənim Allahım, mənim köməkçim!
Keep my hands with mercy – Öz lütf və mərhəmətinlə mənə kömək et!
And with your holy bodies – Bu müqəddəs şəxslərin əzəmətinə.
Mohammed – Mühəmməd (s);
Alia – İlya (ə);
Shabbar – Şəbər (ə);
Shabbir – Şübeyr (ə);
Fatma – Fatimə (ə).
Thay are all Biggest and Honourables – Onların hamısı sənin yanında əzəmətli və əzizdirlər.
The world establiahed for Them – Dünya onlara görə yaşayır.
Help me by their names – Onların adının əzəmətinə and verirəm, mənə kömək et!
You con reform to Right –Yalnız sən məni doğru yola yönəldə bilərsən.
Beləliklə, bu alimlər Nuhun (ə) onlara təvəssül etdiyi bu beş adın əzəməti və onların Allah yanında olan məqamı barədə heyrət edib, təəccübdə qaldılar. Onların heç birinin həll edə bilmədiyi çox müəmmalı məsələ isə bu idi ki, bu taxta parçası min illər keçməsinə baxmayaraq, çürüməmiş və dağılmamışdır. Bu taxta parçası indi də Moskvanın arxeoloji tapıntılar muzeyində mövcuddur.
İslam Peyğəmbəri həzrət Mühəmməd (s) buyurmuşdur:
“Mənim Əhli-beytim Nuhun gəmisi kimidir. Ona minənlər xilas, üz çevirənlər isə qərq olacaqlar.”
Qurani-Kərimin “Nuh” surәsinin 1-28-ci аyәlәrində buyurulur:
إِنَّا أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ أَنْ أَنذِرْ قَوْمَكَ مِن قَبْلِ أَن يَأْتِيَهُمْ عَذَابٌ أَلِيمٌ. قَالَ يَا قَوْمِ إِنِّي لَكُمْ نَذِيرٌ مُّبِينٌ. أَنِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ وَأَطِيعُونِ. يَغْفِرْ لَكُم مِّن ذُنُوبِكُمْ وَيُؤَخِّرْكُمْ إِلَى أَجَلٍ مُّسَمًّى إِنَّ أَجَلَ اللَّهِ إِذَا جَاء لَا يُؤَخَّرُ لَوْ كُنتُمْ تَعْلَمُونَ.
“Biz Nuhu öz qövmünə tərəf göndərib, ona dedik: “Öz qövmünü onların sorağına gələcək dərdli əzabdan qorxut!” Dedi: “Ey qövm! Mən aşkar qorxudan və təbliğ edənəm. Allaha pərəstiş edin! Ona müxalifətçilikdən çəkinin və mənim sözlərimə baxın! Əgər belə etsəniz, Allah günahlarınızı bağışlayar və müəyyən zamana qədər sizə ömür verər. Çünki Allahın (təyin etdiyi) əcəli çatdıqda, haç vaxt təxirə düşməz, əgər bilsəydiniz.”
قَالَ رَبِّ إِنِّي دَعَوْتُ قَوْمِي لَيْلًا وَنَهَارًا. فَلَمْ يَزِدْهُمْ دُعَائِي إِلَّا فِرَارًا. وَإِنِّي كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوا أَصَابِعَهُمْ فِي آذَانِهِمْ وَاسْتَغْشَوْا ثِيَابَهُمْ وَأَصَرُّوا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا. ثُمَّ إِنِّي دَعَوْتُهُمْ جِهَارًا. ثُمَّ إِنِّي أَعْلَنتُ لَهُمْ وَأَسْرَرْتُ لَهُمْ إِسْرَارًا. فَقُلْتُ اسْتَغْفِرُوا رَبَّكُمْ إِنَّهُ كَانَ غَفَّارًا.
“Nuh dedi: “İlahi, mən öz qövmümü gecə-gündüz Sənin tərəfinə dəvət etdim. Amma mənim dəvətim onlara haqdan qaçmaqdan başqa bir şey vermədi. Mən onları dəvət edirdim ki, Sənə iman gətirsələr, Sən onları bağışlayarsan, onlar (məni eşitməsinlər deyə) öz barmaqlarını qulaqlarına tutur, paltarlarını başlarına çəkirdilər və müxafilətçilikdə möhkəm dayanıb, olduqca təkəbbür edirdilər. Sonra mən onları uca səslə sənin fərmanının itaətinə dəvət etdim, aşkar və gizli şəkildə tövhid və iman həqiqətini onlara bəyan etdim. Mən onlara dedim: “Öz Allahınızdan bağışlanmaq istəyin. O çox bağışlayandır.”
يُرْسِلِ السَّمَاء عَلَيْكُم مِّدْرَارًا. وَيُمْدِدْكُمْ بِأَمْوَالٍ وَبَنِينَ وَيَجْعَل لَّكُمْ جَنَّاتٍ وَيَجْعَل لَّكُمْ أَنْهَارًا. مَّا لَكُمْ لَا تَرْجُونَ لِلَّهِ وَقَارًا. وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا. أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا. وَجَعَلَ الْقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ الشَّمْسَ سِرَاجًا. وَاللَّهُ أَنبَتَكُم مِّنَ الْأَرْضِ نَبَاتًا. ثُمَّ يُعِيدُكُمْ فِيهَا وَيُخْرِجُكُمْ إِخْرَاجًا. وَاللَّهُ جَعَلَ لَكُمُ الْأَرْضَ بِسَاطًا. لِتَسْلُكُوا مِنْهَا سُبُلًا فِجَاجًا.
“O, səmanın bərəkətli yağışlarını bir-birinin ardınca sizə göndərər. Sizə çoxlu mal və övladla kömək edər. Yaşıl bağlar və axan çayları sizin ixtiyarınızda qoyar. Niyə siz Allahın əzəmətinə ianmırsınız? Halbuki sizi müxtəlif mərhələlərdə yaratdı. Bilmirsiniz, Allah-taala yeddi səmanı necə bir-birinin üzərində yaradıb. Ayı səmanın ortasında aydınlıq vasitəsi və günəşi yanar çıraq etmişdir. Allah sizi bir ot kimi yerdən bitirdi. Sonra yenə sizi həmin yerə qaytaracaq və yenidən çıxacaqsınız. Allah yeri sizin üçün geniş döşənəcək etdi ki, geniş yollarla və onun dərələrilə keçib, istədiyiniz yerə gedəsiniz.”
قَالَ نُوحٌ رَّبِّ إِنَّهُمْ عَصَوْنِي وَاتَّبَعُوا مَن لَّمْ يَزِدْهُ مَالُهُ وَوَلَدُهُ إِلَّا خَسَارًا. وَمَكَرُوا مَكْرًا كُبَّارًا. وَقَالُوا لَا تَذَرُنَّ آلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَلَا سُوَاعًا وَلَا يَغُوثَ وَيَعُوقَ وَنَسْرًا. وَقَدْ أَضَلُّوا كَثِيرًا وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا ضَلَالًا.
“Nuh (sonra onların hidayətindən ümidsiz halda) dedi: “İlahi, onlar mənə itaətsizlik göstərdilər və mal və övladları onlara ziyandan başqa bir şey verməyən insanlardan itaət etdilər. Yolunu azmış bu rəhbərlər böyük məkr işlətdilər və dedilər: “Allahlarınızdan və bütlərinizdən əl çəkməyin! Xüsusilə Vüdd, Süva, Yəğus, Yəuq və Nəsr bütlərini buraxmayın! Onlar çoxlu insanları yolundan azdırdılar. İlahi, zalımlara azğınlıqdan başqa bir şey vermə!”
مِمَّا خَطِيئَاتِهِمْ أُغْرِقُوا فَأُدْخِلُوا نَارًا فَلَمْ يَجِدُوا لَهُم مِّن دُونِ اللَّهِ أَنصَارًا. وَقَالَ نُوحٌ رَّبِّ لَا تَذَرْ عَلَى الْأَرْضِ مِنَ الْكَافِرِينَ دَيَّارًا. إِنَّكَ إِن تَذَرْهُمْ يُضِلُّوا عِبَادَكَ وَلَا يَلِدُوا إِلَّا فَاجِرًا كَفَّارًا. رَبِّ اغْفِرْ لِي وَلِوَالِدَيَّ وَلِمَن دَخَلَ بَيْتِيَ مُؤْمِنًا وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَلَا تَزِدِ الظَّالِمِينَ إِلَّا تَبَارًا
“Nəhayət, onların hamısı günahlarının hesabına qərq olub, cəhənnəm oduna düşdülər və özlərinə Allahdan başqa köməkçi görmədilər. Nuh (ə) dedi: “İlahi, kafirlərin heç birini yer üzündə qoyma! Çünki əgər onlar qalsalar, sənin bəndələrini yoldan çıxaracaqlar və onlardan günahkar və kafir nəsildən başqa bir şey törəməyəcəkdir. İlahi! Məni, mənim ata və anamı, evimə imanla daxil olan insanları və bütün kişi və qadın möminləri bağışla. Zalımlara həlakət və məhv olmaqdan başqa bir şey vermə!”

Kitabın adı: Peyğəmbərlərin həyatı
Tərcümə edən: V. Hüseynzadə

rizvan.net


more post like this