İmamların camaatı düz yola yönəltməkdə məqsədləri, onları kamalın son həddinə çatdırmaq olmasında şübhə yoxdur. Bu isə o vaxt həyata keçər ki, camaat bu yönəltmədən istifadə etməyi bacarsın. Əgər camaatda belə bir hazırlıq olmasa, onda Allah tərəfindən təyin edilmiş rəhbərin camaat arasında olmasının heç bir xeyri olmayacaq. Təəssüflər olsun ki, İmamların, xüsusən də, İmam Cavaddan (ə) sonrakı İmamların (ə) dövründəki təzyiqlər və sərt məhdudiyyətlər göstərir ki, cəmiyyətin İmamların (ə) rəhbərli-yindən istədikləri kimi istifadə etməsi üçün lazımi şərait olmamış-dır. (Belə ki, bu təzyiqlər nəticəsində onuncu və on birinci İmamın (ə) fəaliyyəti ən aşağı səviyyəyə çatmışdı.) Bu göstərir ki, İmamların (ə) cəmiyyətdə rəhbərlik və hidayətindən istifadə etmək üçün əlverişli şərait yox idi. Buna görə də, cəmiyyət lazımi hazırlığı tapana qədər Allah-taala on ikinci İmamın (ə) qeybə çəkilməsini məsləhət bilmişdir. Əlbəttə on ikinci İmamın (ə) qeybə çəkilməsinin bütün sirləri bizə məlum deyil, ancaq dediyimiz amil o Həzrətin qeybə çəkilməsinin əsas səbəbi ola bilər. İslami rəvayətlərdə on ikinci İmamın (ə) qeybə çəkilməsinin səbəbləri sahəsində üç məsələ əsas götürülür:

 

1. İnsanları sınama

Bildiyimiz kimi Allahın sabit qayda-qanunlarından biri də, bəndələri imtahana çəkib pak və təmiz insanları seçməkdir. Həyat daima imtahan və sınaq səhnəsi olmuş, bəndələr bu yolla öz iman və səbrləri sayəsində və özlərini Allahın əmrlərinə təslim etmək nəticəsində tərbiyə olunaraq kamala yetişməli və onların gizli istedadları çiçəklənməlidir. Həzrət Məhdi (ə) qeybdə olduğu müddətdə insanlar sınağa çəkilir. İman və əqidəsi möhkəm olmayan şəxslərin iç üzü aşkar olaraq şəkkə düçar olur, lakin iman və əqidəsi qanına işləmiş şəxslər o Həzrətin (ə) zühurunu gözləmək və çətinliklərə sinə gərmək nəticəsində əqidələri daha da möhkəm-lənir və Allahın daha böyük mükafatlarına layiq görülürlər.

İmam Museyi-Kazim (ə) buyurmuşdur:

“Beşinci oğlum qeybə çəkildikdə dininizi qoruyun, muğayat olun kimsə sizi yolunuzdan çıxarmasın. O, istər-istəməz (məcburiy-yət qarşısında) qeybə çəkiləcək. Onda bəzi möminlər öz əqidələ-rindən dönəcəklər. Allah-taala onu qeybə çəkməklə Öz bəndələrini sınağa çəkir…”

(Əl-Qeybət, səh. 204).

İslam rəhbərlərinin sözlərindən belə başa düşülür ki, Allahın İmam Məhdini (ə) qeybə çəkməklə bəndələri sınağa çəkməsi Allahın ən çətin sınaqlarından biridir. Bu çətinlik isə iki cəhətə görədir:

1 Qeyb dövrünün özünə görə, yəni, qeyb dövrü həddən artıq uzun çəkəcəyindən insanların çoxu buna şəkk edəcək. Bəziləri ümumiyyətlə, İmam Məhdinin (ə) doğulmasında (dünyaya gəlmə-sində), bəziləri isə o Həzrətin ömrünün uzanmasında şəkk edəcək. O Həzrətin İmamətinə sınaqdan çıxmış və əqidəsi möhkəm olan şəxslərdən başqa heç kəs inanmayacaq. Peyğəmbər (s) buyurduğu geniş bir hədisdə söyləmişdir:

“Məhdi (ə) şiə və ardıcıllarının gözündən itəcək, Allah-taala qəlblərini iman üçün ləyaqətli etmiş şəxslərdən başqa heç kəs onun İmamətinə olan əqidəsini qoruyub saxlaya bilməyəcək.”

(Müntəxəbül-asar, səh.101, hədis 4).

2 İmam Məhdinin (ə) qeybdə olduğu müddət ərzində adam-ların dəyişilməsinə səbəb olan, baş vermiş və verəcək çətinliklər, təzyiqlər və gözlənilməz hadisələrə görə; yəni, inam və əqidəni qorumaq, dində sabit qalmaq çətin bir işə çevriləcək və insanların imanı bir sıra çətinliklərlə, təhlükələrlə üzləşəcək.

 

2. İmamın canını qorumaq

Allah-taala on ikinci İmamı (ə) qeybə çəkməklə onu ölümdən qurtarmışdır. Çünki əgər o Həzrət ömrünün ilk günlərində camaatın arasında olsaydı, onu mütləq öldürəcəkdilər. Deməli, o həzrət münasib vaxtdan qabaq da zühur etsə, yenə həyatı təhlükədə olar, nəticədə öz İlahi vəzifələrini yerinə yetirməyə, cəmiyyəti islah etmək sahəsindəki ali məqsədlərini icra etməyə nail ola bilməz.

İmam Sadiqin (ə) səhabələrindən olmuş Zürarə deyir: İmam Sadiq (ə) buyurdu: “Gözlənilən İmam qiyam etməzdən qabaq bir müddət gözlərdən itəcək.” Soruşdum ki, nəyə görə? Buyurdu: «Çünki canı təhlükədə olacaq». (Üsuli-kafi, c.1, səh.337.)

 

3. Zəmanə zalımları ilə beyət etmək zülmündən qurtarmaq

On ikinci İmam (ə) heç bir rejimi, hətta təqiyyə (təqiyyə hər hansı bir şəxsin (millətin) qəbul etmədiyi rejimin, məzhəbin qayda-qanunlarına zahirdə əməl etməsinə deyilir. Məsələn, şiə olan bir şəxs sünnilər içərisinə düşdükdə əgər şiə qayda-qanunlarını yerinə yetirmək mümkün olmasa, sünni məzhəbinin qayda-qanunlarına əməl edə bilər.) üzündən də olsa belə, rəsmi tanımamış və tanımır. O, heç bir hakimin hökumətini qəbul etmək məcburiyyətində olmayıb və olmayacaq. O, öz vəzifəsinə uyğun olaraq rəftar edir, Allahın dinini mükəmməl şəkildə, çəkinmədən və heç bir bəhanəni qəbul etmədən icra edir. Belə olduqda isə kiminləsə beyət etməyə lüzum qalmır.

Həsən ibn Fəzzal deyir: “İmam Rza (ə) buyurdu: “Sanki üçüncü oğlumun (İmam Həsən Əsgərinin (ə)) ölümündən sonra öz İmamını axtaran, lakin onu tapa bilməyən şiələrimi görürəm.” Mən dedim: “Nə üçün o, gözlərdən itəcək?” İmam cavab verdi: “Ona görə ki, əlində qılınc qiyam edəcəyi zaman heç kəsə tabe olmasın.”

 

 

http://sualcavab.ge

 

 

 


more post like this