Həzrət Məhdinin (ə.f) batini xüsusiyyətlərindən və kamallarından çox söz açılmışdır. Lakin biz Həzrətin zahiri nişanələrini tanımağa çalışaq. (Erfan)

 

1. Gözəl sima.

Həzrət Məhdi (ə) o nadir insanlardandır ki, zahiri gözəlliyə malikdir. Həzrət Peyğəmbər (s) onun haqqında buyurur: “Məhdi – behişt əhlinin tovuzquşusudur. Nurdan olan libası onu əhatə etmişdir”. Həzrət Peyğəmbər (s) başqa yerdə buyurur: “Məhdi (ə) – mənim nəslimdəndir. Siması parlayan Ay kimidir və rəngi ərəbidir”.

İmam Əli (ə) buyurur: “Gözəl simalı və gözəl saçlıdır. Saçları çiyninə tökülüb və simasının parıltısı saqqalının qaralığına qələbə çalar”.

 

2. Üzündə qara xalı var.

İmam Əli (ə) buyurur: “Məhdinin gözləri qara, saçları qalın və siması parlayan Ay kimidir. Alnı açıq və parlayan və (sağ yanağında) xalı və (nübuvvət) nişanəsi vardır”.

 

3. Boyu ortadır.

İmam Sadiq (ə) buyurur: “Uzun boylu təkəbbürlü və yerə yapışan qısa boylu deyildir. Bəlkə orta boyludur. Üzü girdə və alnı açıq və bir-birinə çatan qaşları vardır”.

 

4. Siması cavandır və dəyişməzdir.

Uzun illərin keçməsinə baxmayaraq, Həzrətin (ə.f) siması hələ də cavandır və o, bu cavanlığını əldən verməmişdir. İmam Sadiq (ə) buyurur: “(Allahın) böyük imtahanındandır ki, Sahibi cavan simada zahir edəcəkdir. Halbuki, onlar onu qoca təsəvvür edirlər”. Başqa yerdə buyurur: “Sahibəz-Zamanda (ə.f) Yunus (ə) peyğəmbərin nişanəsi vardır və o, budur ki, qeybindən sonra cavan simasında zahir olacaqdır”.

İmam Rza (ə) buyurur: “Onun nişanələrindən biri budur ki, qoca yaşında cavan simasında olacaqdır. Hər kim onu görsə, onu 40 yaşlı və ya daha az təsəvvür edər. Onun nişanələrindən biri budur ki, gündüzlərin və gecələrin keçməsinə baxmayaraq, qocalmaz, o zamana qədər ki, əcəli çatar”.

 

5. Güclü bədən qüvvəsinə malikdir.

İmam Sadiq (ə) buyurur: “O zaman ki, Qaim (ə.f) zühur edər, qoca yaşında olacaqdır. Ancaq cavan siması və güclü bədən qüvvəsi ilə əgər əli dünyanın ən güclü ağacına çatsa onu kökündən çıxarda bilər, əgər dağlara səslənsə daşları tökülər”.

 

6. Xoş ətirlidir.

Həzrətin (ə.f) zahiri nişanələrindən biri də onun xoş ətirli olmasıdır. Hədislərin birində oxuyuruq ki, o zaman ki, Peyğəmbər (s) gələrdi, hamı onun ətirini uzaqdan hiss edərdi. Həzrət Qaim (ə.f) də belə insandır.

İmam Rza (ə) buyurur: “Onu xoş ətiri müşkün xoş ətirindən də ətirlidir”.

Allah bizlərə Həzrətin (ə.f) nurani simasını və zühurunu dünya gözü ilə görməyi nəsib etsin! Deyerler.org

 

http://sualcavab.ge

 

 

f�SfmX�+ ��+ ;color:red’>http://sualcavab.ge

 

 

t;v�-aX�+ ��+ l;color:red’>

 

 

I�e’X�+ ��+ :12.0pt;font-family:Arial’>

 

 

http://sualcavab.ge

 

rm�-ieX�+ ��+ ;unicode-bidi:embed’>Beşinci nöqtə odur ki, İmam Zaman (ə.f.) ilə görüşmək həm oyaq vaxtı mümkündür, həm də yuxuda.

 

 

İnsan ruhu əgər nuraniliyə malik olarsa, mənəvi və batini təharət əldə edərsə, görüş imkanı yaranar. Əgər insan o Həzrət (ə.f.) ilə görüşün həsrətində olarsa, əməldə də sadiq olarsa, bu cür insan mümkündür ki, ya oyaq vaxtı, ya da yuxuda İmam Zaman ağa (ə.f.) ilə görüşsün. O Həzrət (ə.f.) həmin insana diqqət etsin.

 

Həzrət (ə.f.) ilə rabitə iki cür mümkündür:

 

Ruhi rabitə. İnsan ruhi cəhətdən hiss edər ki, Həzrətə (ə.f.) yaxınlaşmışdır. Bu məsələnin iki əsasa ehtiyacı vardır:

 

1. Həzrət (ə.f.) haqqında daha çox və daha dərin biliyə malik olmaq.

 

2. Dini vəzifələrə əməl etmək. Xüsusilə vacibatlara əməl etmək və haramları tərk etmək.

Bu iki əsasın yanında insan gərək İmamı (ə.f.) daima yada salsın, İmamın (ə.f.) salamatlığı üçün dua etsin.

 

Qeyb zamanında İmamı (ə.f.) adi halda görmək mümkün deyildir. Ancaq insanlar arasında belə bir söz gəzir ki, 40 gün dalbadal Cəmkərana getməklə bunu etmək mümkündür. Lakin belə görünür ki, dini hökmlərə əməl etmək və o Həzrətə (ə.f.) təvəssül etmək daha yaxşı bir yoldur. Onu da bilmək lazımdır ki, əgər məsləhət deyilsə, bu görüş alınmayacaqdır.

 

 

http://sualcavab.ge

 

 

 


more post like this