Allah Təbarəkə və Təala peyğəmbərlərini (ə) müxtəlif möcüzələrlə insanlara tərəf göndərmişdir. Bəzilərini səma kitabı ilə, bəzilərini müxtəlif elmlərlə, bəzilərini qüdrət və səltənətlə. Həzrət Süleyman (ə) və Davudu (ə) səltənəti ilə, bəzi peyğəmbərləri möcüzə silahı ilə və bəzilərini isə xəstələrə şəfa verərək. (İslami saytlara istinadən)

Həzrət İdris (ə) də İlahi peyğəmbərlərdən biri idi. Quran onun adını dəfələrlə çəkmişdir. “Və bu kitabda (Nuhun ikinci babası) İdrisi xatırla ki, o, çox doğruçu və peyğəmbər idi. Biz onu yüksək məqam və dərəcəyə ucaltdıq (və onu göyə qaldırdıq)”. (“Məryəm” 56-57). O, da İsa (ə) kimi hələ də sağdır. “İdris” sözünün mənası “yoxa çıxmaq” deməkdir. İdris (ə) də insanların önündən anidən yoxa çıxdığı üçün onu belə adlandırırlar.

Həzrət İdris (ə) çox mütəfəkkir və fikir əhli idi. Yol gedən zaman başını aşağı salardı. O, malik olduğu elmini tədris edərdi. O, 70 dil bilirdi və bu dillərdə danışa bilirdi. Bu dillərdə insanlara dərs keçirdi. Onun peşəsi tədris idi. İnsanlara nücum və hesab elmini öyrədirdi. O, hikmət elminin toxumunu Yunanda səpmişdi. Yunan filosofları onun bu hikmətindən bəhrələnmişdilər. Ərəblər ona “Hermes” deyirdilər. Çünki onun üç neməti var idi: hikməti, hökuməti və nübuvvəti.

 

Elm və hikməti.

Bildiyimiz kimi, elm – Allahın insana əta etdiyi ən gözəl nemətdir. Onun bərəkəti ilə insan cəhalətdən xilas olar. Elmdən istifadə etmək də mühüm məsələdir. Əgər insan elmindən bəşərin tərəqqisi yolunda istifadə edərsə, bu elm fayda verər. Ancaq əgər bu elmi yanlış tərəflərdə istifadə edərsə, naşükürlük etmiş olarsan.

 

Hökumət.

Bu nemət də böyük nemətlərdəndir. Bu nemətin sayəsində bəzi peyğəmbərlər bəşəri adilcəsinə idarə etmiş və insanları səadətə tərəf hidayət etmişdilər. Hökumət gərək aqil və fazil bir insan tərəfindən idarə olunsun. Əks halda yer üzünü zülm bürüyər.

 

Nübuvvət.

Allah Təala İdrisə (ə) nübuvvət nemətini də əta etmişdi. İnsan bu nemətin sayəsində də İlahi elmə malik olur. Hökumət elm sayəsində məna kəsb edir. İdrisin (ə) də hökuməti adil bir hökumət idi.

sualcavab.ge


more post like this