Sual:

 

Bir neçə nəfərdən «Hər gün Aşura, hər yer Kərbəladır» hədisinin çox zəif və ya heç hədis olmadığını eşitmişəm. Habelə sosial şəbəkədə axtarış edərkən, bu hədisin İmam Sadiqə (ə) istinad edildiyini müşahidə etdim. Xahiş edirəm bu barədə ətraflı məlumat verəsiniz. Əgər sözügedən cümlə hədisdirsə, onun düzgünlüyü və etibarı haqqında məlumat verərdiniz.

 

Qısa cavab:

 

Hədis kitablarında bu cümlənin «کل یوم عاشوراء و کل ارض کربلاء» (Hər gün Aşura, hər yer Kərbəladır) məsumlardan nəql olunan hədis olmasını isbatlayan heç bir sənədə1 rast gəlmədik.2 Amma sözügedən ibarə Kərbəla hadisəsi kolleksiyasından düzgün götürülmüş, İmamət xəttini göstərən və bir neçə ibrətli mesajı əhatə edən ibarədir. Heç bir gün Aşura günü kimi olmayıb və olmayacaq, amma zalımların məzlumlara zülmü İmam Zaman (ə.c.) zühur edəcəyi və zülmün kökünü kəsəcəyi günə qədər daim vardır. Lakin Aşura mədəniyyəti hər zaman diridir. Kərbəla isə hədəf uğrunda istiqamət, zülmə və ədalətsizliyə qarşı mübarizə göstəricisidir. Dini liderlərimiz zalımların zülmü ilə mübarizə etməyi bizə öyrətmiş, habelə özləri də buna əməl etmişlər. Həmçinin, Aşura müəyyən zaman və məkan çərçivəsində məhdudlaşmış bir hadisə deyildir.

 

Ətraflı cavab:

 

«Hər gün Aşura, hər yer Kərbəladır» cümləsi haqla batilin toqquşmasının bütün zaman və məkanlarda davamlı, ardıcıl olduğunu göstərir. Aşura və Kərbəla bu uzun zəncirin ən bariz həlqələridir. Haqq və batil daim rəqibdirlər. Azad insanlar haqqı müdafiə, batillə mübarizə vəzifəsini öhdəliklərinə götürmüşlər. Onlara bitərəf qalmaq isə dinsizlikdir.

 

İmam Xomeyni (r.ə.) İmam Hüseynin (ə) həqiqi ardıcılı, İslam Cumhuriyyətinin bünövrəsini qoyan və öz zamanın zalımlarına qarşı böyük mübariz sözügedən cümləni «Böyük cümlə» kimi izah edirdi. O, Aşura mənasının qorunmasına və Kərbəla rolunun icrasına təkid edərək buyururdu:

 

إن عبارة “کل یوم عاشوراء و کل أرضٍ کربلاء کلمة” کبیرة و لابد أن تحفظ أمتنا هذا المعنى فی کل یوم، فالیوم یوم عاشوراء، و لابد لنا من الوقوف بوجه الظلم و کل أرض کربلاء و لابد أن نؤدی دور کربلاء، و لا ینحصر ذلک بأرضٍ معینة، و أفراد معینین، فقضیة کربلاء لا تقتصر على 72 شخصاً و بقعة من الأرض تسمى کربلاء، فکل أرضٍ لابد و أن تؤدی هذا الدور

Bu cümlə (Hər gün Aşura, hər yer Kərbəla) dahi cümlədir… Millətimiz hər gün bu təəssüratda olmalıdır ki, bu gün Aşuradır və biz zülmün müqabilində dayanmalıyıq, bu yer isə Kərbəladır və Kərbəla rolunu biz yerinə yetirməliyik. Yalnız bir məkana, yalnız bir qrupa aid deyil. Kərbəla hadisəsi yalnız yetmiş neçə nəfərlik cəmiyyətə və təkcə Kərbəla məkanına aid deyildir. Bütün məkanlar bu rolu icra etməlidirlər.3

 

Həqiqətdə İmam Xomeyni «Seyyid əş-Şühəda»nın şəhadəti və qiyamının müsəlman cəmiyyətinin əməl meyarı sayılmasının vacibliyinə inanır, özü də İmam Hüseyn (ə) qiyamını İslam inqilabında öz hərəkatının özülü hesab edirdi:

إن ما قام به سید الشهداء و الفکرة التی حملها و الطریق التی سلکها و ما حققه من نصر بعد شهادته للإسلام تعتبر تکلیفاً و نصراً، تکلیفٌ من جهة وجوب وقوف ثلة قلیلة من المستضعفین بوجه الظالمین المجهزین بالعدة و العدد. و نصراً لأن شهداءنا فی عداد شهداء کربلاء

«Seyyid əş-Şühəda»nın yerinə yetirdiyi missiya, sahib olduğu ideya, getdiyi yol və şəhadətdən sonrakı qələbəsi, İslam qələbəsi idi. Belə bir ibrətli ibarə həm təklif, həm də müjdədir. Məzlumlar az sayları ilə şəhidlərin sərvəri kimi – şeytani, əzəmətli və qüdrətli cihazlarla təchiz olmuş – zalımlara qarşı qiyama məmur olduqlarına görə bu aspektdən təklif sayılır. O cəhətdən müjdədir ki, şəhidlərimiz Kərbəla şəhidlərindən sayılmağına gətirib çıxardı.

 

O müdrik rəhbər müharibə ərəfələrində buyurdu:

مع أن المعرکة فی عاشوراء من أقصر المعارک بلحاظ الزمن، و لکنها تمثل طول صراعٍ و مواجهة بین الحق و الباطل، وإن کل زمان یوجد فیه من یتمنى لو أنه کان فی یوم عاشوراء و أن ینال الشهادة على طریق نصرة الإمام الشهید لینال الفوز العظیم «یا لیتنا کنا معکم فنفوز فوزاً عظیما».4 إن جبهة کربلاء ساخنة و مواجهة عاشوراء ما زالت قائمة”.5

Aşura qiyamının zaman baxımından ən kiçik toqquşma olmasına baxmayaraq, davamiyyət baxımından ən uzun döyüş idi. Hər kəs istədiyi zaman Kərbəlada olmağı, şəhidlərin İmamına kömək etməyi və şəhadətə yetişməyi (kaş ki, sizinlə bərabər olaydıq və o böyük feyzə biz də çataydıq)4 arzuladığı müddətdə Kərbəla meydanı isti qalacaq, Aşura qiyamı davam edəcəkdir.5

 

Başqa sözlə, İmam Hüseyn (ə) Adəmin, Nuhun, İbrahimin, Musanın, İsanın (ə) və Məhəmmədin (s) varisidirsə, onun Aşura ardıcılları da cihad və şəhadətin qırmızı xəttinin varisləridir və Kərbəla bayrağını yerə qoymurlar. Bu, şiənin siyasi gövhəridir. Belə ki, İmam Hüseynin (ə) özü əlavə edir: «Mənim işimdə sizin üçün nümunə vardır».

 

Bu görüş, «Kərbəla və Hüseyn (ə) qiyamı yalnız İmama (ə) məxsusdur, ondan başqası bu yolu gedə bilməz» baxışını rədd edir.

 

Şiə yəni saliki pa dər rekab

Ta ki, xorşid əfkənəd əz rox nigab

Şiə yəni teşnei cami-bəla

Şiəgi yəni qiyami-Kərbəla

Şiə yəni baztab asiman

Bər sər ney cilvə rəngin kəman

Əz ləb ney beşenum soti to ra

Soti “İnni la əra əl-movt” to ra

Şiə yəni tiği birun əz niyam

İn soxan kutah kərdəm vəssalam.6

 

Yazıçılardan biri yazır:

إنی على یقین لو أن الإمام الحسین (ع) حاضر فی زماننا لجعل القدس و جنوب لبنان و غیرها من المناطق الإسلامیة کربلاء أخرى، و لوقف نفس موقفه بوجه الأمویین و یزید بن معاویة

Mən yəqin bilirəm ki, əgər İmam Hüseyn (ə) bizim zamanımızda olsaydı, Qüdsdən, Livanın cənubundan və bir çox İslam məntəqələrindən ikinci Kərbəla yaradardı və Müaviyə və Yezidə qarşı tutduğu mövqeni yenidən icra edərdi.7

 

HAŞİYƏLƏR:

[1] – Əlbəttə, bəziləri bu cümləni sənədsiz-sübutsuz İmam Sadiqdən (ə) nəql ediblər, Bax: “Peyami-Aşura”, Abbas Əzizi, səh. 28; “Fərhəngi-Aşura”, Cavad Mühəddisi, səh. 371

 

[2] – Bəziləri də qərinələr göstərirlər ki, bu da cümlənin məsumlardan (ə) nəql olunan hədis olmadığını bəyan edir, Bax: “Məcəlleyi-ülumi-hədis”, 36-cı nömrə

 

[3] – “Səhifeyi- Nur”, c.30, s.195

 

[4] – “Aşura” ziyarəti

 

[5] – “Tarixi-Təbəri”, c.4, s.304

 

[6] – Məsnəvinin “Şiənamə” əsərindən, Məhəmməd Rza Aqasi, (“Keyhan” 12/06/71)

 

[7] – Haşim Maruf əl-Həsəni, “əl-İntifazat əş-Şiiyyə”, səh. 378

 

Mənbə: islamquest.net

 

Redaktə: 313news.net

http://sualcavab.ge

 

 


more post like this