Həccin hədəflərini açıqlayan digər hədisdə isə İmam Rzadan (ə) nəql edirlər: ««Həcc nəyə görə əmr olunmuşdur?» soruşulanda, cavabında deyilməlidir: «Bunun səbəbi Allaha yaxınlaşmaq və Ondan ruzinin artmasını istəmək, eləcə də dini məsələlərdən agah olmaq və İmamların (ə) xəbərlərini hər tərəfə, hər yana çatdırmaqdır».

Gördüyümüz kuimi, həccin ilkin məqsədi olaraq qurbi-İlahi, Allaha yaxınlaşmaq göstərilir. Həccin ana fəlsəfəsi odur ki, insan Allaha yaxınlaşsın. Bununla yanaşı, bir daha həccin ruzinin artırılma vasitəsi olmasına diqqət çəkilir, dini maarifçiliyin güclənməsinə, İlahi hökmlərin əxz olunmasında və yayılmasında əvəzsiz rolu olmasına diqqət yönəldilir.

İmam Muhəmməd Baqirdən (ə) nəql olunan digər hədisdə həccin daha bir neməti vurğulanılır: «Həcc – qəlblərə rahatlıq gətirər».

Bugünün insanının stress dənizində yaşamasını nəzərə alaq. Çağdaş dünyanın ən böyük problemlərindən biri qəlbi aramlığa nail olmaq, rahatlıq əldə etməkdir. Baxırsan, bir kəs olur ki, maddi imkanı da var, hər cür məsələlərdə zahiri uğurları da var. Amma qəlbi narahatdır. Ümumiyyətlə, İslam dininin bütün ibadi məsələləri qəlbə bir aramlıq, rahatlıq gətirir. Və əslində bu – Allaha bağlantının bərəkətlərindəndir. Allaha bağlı olanın qəlbi rahat olar. Hər nə baş verəcəksə, onda narahatlıq yaratmaz. Çünki, Allaha bağlıdır. Bu – böyük bir səadətdir.

Allaha bağlantı yoxdursa, insan nəyə istəyir bağlansın, aramlıq tapmaz. Axı, hər bir halda, insan nə isə asılı, müvəqqəti, zəif nələrəsə bağlanacaq. Streslər, narahatlıqlar, nigarançılıqlar burada yaranır, insanın bütün psixoloji problemləri buradan irəli gəlir – qeyri-müəyyənlik hissinin qəlbini ələ almasından.

deyerler.org


more post like this