Təbii ki, bu yanlışdıqların bir çoxu bilməməzliklərdən irəli gəlir. Bilən adam həcclə xeyriyyəçiliyi qarşı-qarşıya qoymaz. Həcc – namaz kimi bir vacibatdır. Kimsə deyə bilərmi ki, namaz qılmaq əvəzinə xeyriyyəçilik et? Əsla! Bu da onun kimi. Necə ki, Aşura günü qan verməklə əzadarlığı qarşı-qarşıya qoymaq istəyənlər də tapılır. Beləsinin məntiqində, indi ki, qan verirsən – kifayətdir, daha əzadarlıq nəyə lazım. Başa düşmürlər, yaxud başa düşmək istəmirlər ki, qan vermək – məhz İmam Hüseyni (ə) tanımaq, o Həzrətin (ə) uğrunda canını verdiyi idealları tanımaq məqsədi güdən əzadarlıq məclislərinin məhsuludur, bəhrəsidir həmin bu qanverməklər, öz qanını ehtiyacı olan bir kiməsyə ehsan etmək!

Həcc ilə xeyriyyəçiliyi də qarşı-qarşıya qoymaq – əzadarlıqla qanverməni qarşılaşdırmaq məntiqinin davamıdır.

Həcclə bağlı səslənən digər fikir var ki, bəs filankəs haram pullarla həccə gedir, yaxud filankəs camaata min bir zülm edib, indi də həccə gedir və s. Tamamilə doğru iradlardır. Amma bunun həccə bir dəxli yoxdur ki! Həcc bir mənəvi səfərdir və kimsə buraya turist kimi və ya digər bir qisimdə qatılmaq istəyirsə, bunun müqəddəs ziyarətə nə aidiyyəti?! Bu nurani səfərin özü məsul ola bilərmi kiminsə hansısa əyri yolla pul qazanıb bu səfərə yollanmaq niyyətinə görə? Təbii ki, belə iddia etmək absurd olardı…

Uca Rəbbbimiz həcclə bağlı Öz müqəddəs Kitabında bizlərə dəqiqi çatdırışını verir. Misal üçün, «Ali-İmran» surəsinin 97-ci ayəsində buyrulur: «Allahın insanların – əlbəttə ki, ora getməyə imkanı olan kəsin – üzərinə düşən haqqı budur ki, o Evə gedərək, oranın həcc əməllərini yerinə yetirsinlər».

Ayədən hansı dərslər çıxır? Allah Təalanın insanların üzərində həcc kimi bir haqqı var. İnsanlar bir İlahi vəzifələniblər bu məsələdə. Deməli, həcc insanın üzərində bir mübarək təhəddüddür, öhdəlikdir, vəzifədir ki, imkanı olduğu təqdirdə insan onu yerinə yetirməlidir.

deyerler.org


more post like this