GÜNDƏLİK VACİB NAMAZLARDAN SONRA OXUNAN MÜSTƏHƏB TƏQİBATLAR.
1. XANIM FATİMEYİ ZƏHRANIN TƏSBİH ZİKRİ.

Allahu əkbər – 34 dəfə (salavat)

Əlhəmdulillah – 33 dəfə (salavat)

Subhanəllah – 33 dəfə (salavat)

Bu təsbih «la ilahə illallah» zikri və ya istiğfar(«Əstəğfirulhə rəbbi və ətubu iləyh») ilə tamamlanır.
2. 3 dəfə «İxlas» surəsi deyilir.
3. ƏHZAB SURƏSİ, 56.

İnnallahə və məlaikətəhu yusəllunə ələn nəbiyy.Yə əyyuhəlləzinə amənu sallu əleyhi və səllimu təslima. ( 3 dəfə sələvat)

Həqiqətən, Allah və onun mələkləri Peyğəmbərə salavat göndərirlər.Ey iman gətirənlər! Siz də ona salavat göndərib layiqincə salamlayın!
4.AYƏTƏL KÜRSİ.

Bismillahir-Rəhmanir-Rahim!

Allahu la ilahə illa huvəl-hayyul-qəyyum, la tə’xuzuhu sinətun və la nəvmun, ləhu ma fissəmavati və ma fil ərz, mən zəlləzi yəşfə’u indəhu illa bi-iznihi, yə’ləmu ma bəynə əydihim və ma xəlfəhum, və la yuhitunə bişəy’in min ilmihi illa bima şaə, vəsiə kursiyyuhus-səmavati vəl ərz, və la yəuduhu hifzuhuma, və huvəl Əliyyul-əzim. La ikrahə fid-dini qəd təbəyyənər-ruşdu minəl-ğəyy, fəmən yəkfur bit-tağuti və yu’min billahi fəqədis-təmsəkə bilurvətil-vusqa, lən-fisamə ləha, vəllahu Səmiun Əlim. Allahu vəliyyul-ləzinə amənu yuxricuhum minəz-zulumati ilənnur, vəlləzinə kəfəru əvliyauhumut-tağutu yuxricunəhum minən-nuri iləzzulumat, ulaikə əshabun-nari hum fiha xalidun.

Tərcüməsi.

Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi,əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən, Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsünü göyləri və yerləri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca,ən böyük varlıq da Odur. Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Taqutu inkar edib Allaha iman gətirsə, o artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir. Allah iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. Kafirlərin dosdu isə Taqutdur. Onları nurdan ayırıb zülmətə salarlar. Onlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!
5.AŞAĞIDAKI ƏMƏLLƏR YERİNƏ YETİRİLİR.

Qiblədən dönməmiş Allah dərgahına əl açılır:

– Hər hansı bir dərdə Allahdan əlac istənilir.

– Hər hansı bir müşkülün xeyirə çözülməsi Allahdan istənilir.

– Allah dərgahından halal bi minnət ruzi istənilir.

– Allah qarşısında tövbə edilir və bağışlanmaq istənilir.

– Özünün və valideynlərinin bağışlanması Allahdan istənilir.

– Dünyadan köçmüş yaxınlara, cəmi mömin və möminələrə rəhmət oxunur, Peyğəmbərlərə ( s.a.v.v.s ) sələvat göndərilir.
6.Şükür səcdəsi edilir. 100 dəfə və ya ən azı 3 dəfə «şukran lillah», «şukrən» və ya «əfvən» deyilir.

 

http://ehlibeyt-aka.com


more post like this