Sual :Sileyi-rəhm bütün hallarda lazımdırmı?
Cavab:
Qohumlarımız içində elə şəxslər var ki, öz həyatlarında dini ölçülərə əhəmiyyət vermir və adətən dini qanunlara riayət etmirlər. Onların evinə gedib-gəlməyin hökmü nədir? Belə bir vəziyyətdə onlarla münasibətdə yenə mühüm olan “sileyi-rəhm” vəzifəsinini daşıyırıqmı?
Bilirik ki, ailə kiçik bir cəmiyyətdir. İnsanın maddi və mənəvi inkişafında böyük cəmiyyətlərin daxilindəki bağlılıqların möhkəmlənməsi əhəmiyyətli olduğu kimi bu kiçik cəmiyyətin də bağlılıqlarının möhkəmliyi bu yolda böyük təsirə malikdir. Bu səbəbdən ictimai bir din olan İslam dini “sileyi-rəhm” (qohumluq və ailə əlaqələrinin möhkəmləndirilməsi) mövzusuna böyük əhəmiyyət verir. İslam sileyi-rəhmi vacib əməllərdən sayır və əlaqələri kəsməyi haram işlərdən və günahlardan hesab edir. Onun necə əhəmiyyətli olduğunu bilmək üçün Qurani-kərimin bu mövzuya dəfələrlə toxunduğunu – qiyamət günü o bərədə sorğu-sual olunacağını və kimlərinsə bu barədə məsuliyyət daşımasından söz açdığını nəzərə almaq kifayət edər. Quranda deyilir:
وَاتَّقُوا اللَّهَ الَّذِى تَسَائَلُونَ بِهِ وَالاَرْحَامَ اِنَّ اللَّهَ کَانَ عَلَیْکُمْ رَقِیِباً
«Bir-birinizdən bir şey istədiyiniz zaman adını çəkdiyiniz (əzəmətinə hamılıqla etiraf etdiyiniz) Allahdan və (habelə) qohumlar(la əlaqəni kəsməkdən və bağlılıq tellərini qırmaq)dan qorxun. Həqiqətən, Allah daim sizə nəzarət edir.» (1)
Bir kişi Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) hüzuruna gəlib dedi:
– Qohumların məni tərk etmiş və qohumluq əlaqələrini kəsmişlər. Mənim onların qarşısında vəzifəm nədir? Məndə onlarla əlaqələri kəsimmi?
Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurdu:
– Sən də bu işi görsən Allah-taala sizin hamınızı tərk edər və sizi öz rəhmətindən uzaqlaşdırar.
Sonra Peyğəmbər (s) ona üç mühüm nəsihət verdi:
Əgər bir kəs səninlə əlaqəni kəssə, sən onun əksinə davran, dostluq və qohumluq əlaqəsini unutma!
Əgər bir kəs səni bir nemətdən məhrum etsə, sən ona yaxşılıq et və onu məhrum etmə!
Bir şəxs sənə zülm etsə, sən onun günahından keç! (2)
Habelə, Peyğəmbər (səlləllahu əleyhi və alih) bu mövzunun əhəmiyyətinə səhabələrinə söylədiyi başqa qiymətli nəsihətlərindən birində ona aydınlaşdırıb:
“Mən sizə və qiyamət gününədək dünyaya gələcək bütün ümmətimə tövsiyə edirəm ki, sileyi-rəhmə laqeyd qalmayasınız. Bu İlahi vacib əməli yerinə yetirmək üçün ucqar nöqtələrə səfər etmək lazım gəlsə belə, səfərin əzab-əziyyətinə dözün və bu ictimai və əxlaqi borcu yerinə yetirin.”
Lakin hər bir vacib əməli yerinə yetirərkən şübhəsiz ki, daha əhəmiyyətli məsələlərin nəzərə alınması da şərtdir. Sileyi-rəhm mövzusu da bu qanundan istisna deyil.
Əgər yaşayışlarında İslam qaydalarına riayət etməyən insanlarla əlaqə saxlamaq, gedib-gəlmək həyat tərzlərinə yenidən baxmalarına səbəb olursa, tədricən din yoluna gəlirlərsə, yaxud da bu münasibət minimum olaraq insanın özünün və ailəsinin ruhiyyəsinə mənfi təsir etmirsə, ona riayət etmək və bu vacib əməli yerinə yetirmək lazımdır.
Amma bu münasibət qarşı tərəfin ruhiyyəsinə müsbət təsir etmək yerinə, onların nalayiq ruhiyyə və düşüncə tərzi, çirkin yaşayışları insanı təsirləndirirsə, bu halda onun səadəti təhlükə altına düşür. Belə oluqda məcburiyyət qarşısında qalıb bu vacib əməl, ondan daha əhəmiyyətlisinə görə müvəqqəti olaraq tərk edilməlidir.

1. “Hisa” surəsi, ayə 1.
2. “Üsuli kafi”, cild 2, səh. 150.

makarem.ir


more post like this