Cavab: «Fürqan» surəsinin 70-ci ayəsində oxuyuruq: «(Günahkarlar əzaba düçar olarlar) Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər».

Sevimli səhabə Əbuzər Peyğəmbərdən (s) belə nəql edir: «Qiyamət günü Allah-təala bəzi insanların böyük günahlarının üstünün açılmaması barədə göstəriş verər. Kiçik günahları haqqında sorğuya çəkilən bu insanlar həmin günahları etiraf edərkən, öz böyük günahları haqqında düşünüb, qorxarlar. Bu zaman Allah-təala istədiyi bəndələrin hər bir günahı əvəzində bir savab verilməsini buyurar. İnsan heyrət içində böyük günahlarını axtara-axtara qalar».

Lakin ayə və hədisdə deyilənlər, yalnız həqiqi tövbə edənləri nəzərdə tutur. Həqiqi tövbə isə günahın çirkinliyinə, ondan gələn zərər-ziyana görə olmalıdır. Əgər bir insan yalnız orqanizmə zərərinə görə spirtli içkiləri atırsa, bu həqiqi tövbə deyildir. Həqiqi tövbə Allahın yoluna qayıdış, Allahı razı salmaq niyyəti ilə həyata keçirilməlidir.

http://sualcavab.ge


more post like this