Cavab: Ənam surəsinin 68-ci ayəsində buyurulur: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma». Uyğun əmrə itaət etməyənlərə xəbərdarlıq olunur: «Belə məclislərdə iştirak etsəniz, siz də onların tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız»[4085]. Ayə və hədislərdən aşağıdakı nəticələr çıxır: 1. Günah məclisində iştirak, günahda iştirak kimidir; 2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını almalı, ya da həmin məclisi tərk etməlidir; 3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların cəzası qədərdir; 4. Günaha yol verilməyən məclislərdə kafirlərlə oturmaq olar; 5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə rahat dayana bilməz. [4085] «Nisa» surəsi, ayə 140. NUR-AZ.COM


more post like this