İnsanın normal yaşamı daimi düşüncə haləti ilə səciyyələnir. İnsanın danışığı və rəftarı düşüncəsinin acı və şirin meyvəsidir. Ona görə də əgər gözəl və sulu meyvələr istəyiriksə, gərək düşüncələrimizi islah edək. İslam dini həmişə günahla mübarizə aparmış və onu kökündən kəsməyə çalışmışdır. Həzrət İsa (ə) öz həvarilərinə buyurur: “Musa ibni İmran (ə) sizə əmr etmişdir ki, zina etməyəsəniz. Ancaq mən sizə əmr edirəm ki, ruhunuzu zinaya xəbər verməyəsiniz (yəni zina haqqında düşünməyəsiniz), o ki, qaldı onu etmək. Çünki o kəs ki, ruhu və fikri zinaya xəbər verərsə, o kəsə bənzər ki, rəngli bir otaqda atəş yandırar. Bu atəşin tüstüsü otağın rənglərini çirkləndirər. Baxmayaraq ki, evi yandırmasa belə!”. (Tebyan)

Yəni, günah fikir insanın rəftarına və əməlinə öz təsirini qoyar və insanı Allahdan uzaqlaşdırar.

Bəs bu fikirlərlə necə mübarizə aparaq?

1.O məclisdə ki, qadınla kişi bir yerdə olar, orada iştirak etməkdən çəkinmək.

2.Əgər belə bir məclisə düşərsə, naməhrəmə diqqət etməkdən çəkinmək.

3. Hər bir halda Allahı yada salmaq.

4. Şeytanın vəsvəsəsi üçün vaxt qoymamaq. Bütün gününü məşğul etmək.

5. Layiqli və imanlı dostlara malik olmaq. “Kim (nəfsi istəklərlə məşğul olaraq) Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq”. (“Zuxruf” 36).

 

Bir neçə faydalı nəsihət:

1. İnsanın fikri həmişə elə şeylərə tərəf can atır ki, onu sevir. Biz namaz qılan zaman fikrimiz ona görə başqa yerlərə gedir ki, nəfsimiz həmin şeyləri sevir və həqiqi Məhbubu yaxşı tanımırıq. Ona görə də qəlbimizi hər cür havayi-istəkdən təmizləyib, rübubiyyətə eşq məqamına çatdırmaq lazımdır.

2. İnsanın fikri uçan quşa bənzəyər ki, bu budaqdan başqasına tərəf uçar. Ancaq əgər onu kontrol edə bilsək, get-gedə ram edə bilərik. Nə zaman bir məsələdən başqa bir məsələyə uçduğunu görsək, onu şərəfli işlər haqqında düşünməyə vadar edək.

3. Günümüzün proqramını elə quraq ki, ancaq yaxşı şeylər haqqında düşünə bilək. Quran oxumaq, oruc tutmaq, dua etmək, əxlaq, məad, günahın aqibətləri haqqında çoxlu kitab mütaliə etmək.

4. Dini maarifinizə uyğun olan insanlardan qaçmayın, çalışın ki, az da olsa səmimi dostlarınız olsun.

5. Gözünüzə, dilinizə, qulağınıza nəzarət edin.

6. Bir müddət pis şeylər haqqında düşünməkdən əl çəkməyə çalışın və ona əhəmiyyət verməyin. Get-gedə onu unutduğunuzu görəcəksiniz.

7. İctimai məclislərdə çox iştirak edin.

8. Özünüzə olan etimadı gücləndirin. Başqalarından asılı olmayın.

9. İnsan əgər valideyninə kömək edərsə və onların razılığını qazanarsa, Allah da ona yardım edər.

10. Əgər subaysınızsa, fürsət yaranan kimi evlənməyə çalışın.

11. لا اله الا الله) و لاحول و لاقوة الا بالله) “Lə iləhə illəllah” və “Lə həvlə və lə quvvətə illə billəh””zikrlərini tez-tez təkrar etmək və “Nas” surəsini tilavət etmək.

12. Allaha təvəkkül edərək, İmamlara (ə) təvəssül edərək, həyatın hər bir çətinliyindən çıxmaq olar.

Bir nəfər Behcət ağanın yanına gəlir və deyir ki, qəlb və zehnini hər şeydən pak etmək üçün nə edim? Alim buyurur: “Ziddini yerinə yetir. Yəni istiğfar et və salavat göndər”.

Beləliklə deyə bilərik ki, bizləri günah fikirlərindən xilas edə biləcək və bizə mənəvi rahatlıq bəxş edən yol – özümüzü, Allahı və varlıq aləmini tanımaq, fikrimizi cəmləşdirmək, zikrləri demək, zehni kontrolda saxlamaqdır.

 

/Deyerler.org/

http://sualcavab.ge/


more post like this