Cavab: Xeyr, qürubda günorta namazlarının (zöhr və əsr) vaxtı başa çatır. Orucun vaxtı məğrib azanına qədərdir.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, “Fiqh təlimləri” və

“Əcvibətul istiftaat”,s.346-a istinadən

Şəkk günü bu niyyətlə oruc tutdum: “Əgər ramazan ayıdırsa, bu ayın orucundan, yoxsa qəza orucumdan sayılsın”. Bu cür niyyətlə oruc düzgündürmü?

Cavab: Xeyr, bu cür niyyətlə oruc səhih (düzgün) deyil.

Şəkk günündə oruc tutmaq istədikdə, ramazan ayının niyyətini etmək olmaz. Qəza niyyəti, boynunda qəza yoxdursa, müstəhəbb oruc niyyəti etməlidir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi

Ceferlier.com


more post like this