231. Gülərüzlülük

770.Allahın Peyğəmbəri (s):«Gülərüzlülük kini təmizləyir.»[1]

771.Allahın Peyğəmbəri (s):«Qardaşınla gülərüz görüş.»[2]

772.Allahın Peyğəmbəri (s):«Siz heç vaxt insanların hamısına öz malınızla fayda verə bilməzsiniz. Buna görə də onlarla (heç olmasa) açıq və gülər üzlə görüşün.»[3]

773.İmam Əli (ə):«Gülərüzlülük dostluq kəməndidir.»[4]

774.İmam Əli (ə):«Gülərüzlülük azad insanın xislətidir.»[5]

775.İmam Əli (ə):«Gülərüzlülük məhəbbət kəndiridir.»[6]

776.İmam Əli (ə):«Möminin sevinci üzündə, qüdrəti dinində, kədəri qəlbindədir.»[7]

777.İmam Əli (ə):«Gülərüzlülüyün sənin alicənablığın və nəfsinin kəramətinin nişanəsidir.»[8]

778.İmam Əli (ə):«Qardaşlarınızla görüşən zaman bir-birinizə əl verin, onlara gülərüzlülük və təbəssüm göstərin ki, ayrılarkən günahlarınız tökülsün.»[9]

779.İmam Əli (ə):«İnsanların, dostlarının ürəklərini ələ almaları və düşmənlərinin qəlbindən kinləri təmizləmək üçün ən yaxşı vasitə onlarla qarşılaşanda gülərüzlü olmaları, yanlarında olmayanda halları ilə maraqlanmaları və yanlarında olanda təbəssüm etmələridir.»[10]

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild



[1] əl-Kafi, c.2, səh.103, hədis 6

[2] əl-Kafi, c.2, səh.103, hədis3

[3] əl-Kafi, c.2, səh.103, hədis1

[4] Biharul-Ənvar, c.69, səh.409, hədis 12

[5] Ğurərul-Hikəm, hədis 656

[6] Ğurərul-Hikəm, hədis 5546

[7] Ğurərul-Hikəm, hədis 3454

[8] Ğurərul-Hikəm, hədis 4453

[9] Biharul-Ənvar, c.76, səh.20, hədis 3

[10] Biharul-Ənvar, c.78, səh.57, hədis 124


more post like this