Güclü imana necə sahib olmalı?
1. Bütün işləri ixlasla (saf niyyətlə) yerinə yetirib riyakarlığa yol verməmək.

2. Qurana bağlı olub onun ayələri bardədə düşünmək.

3. Daim Allahı zikr etmək.

4. İmkan daxilində xeyrxah işlər görmək.

5. Cəhənnəmin əzab və çətinliklərini və Cənnətin gözəlliklərini yada salmaq.

6. Qəbir əzabını və onun şiddətini xatırlamaq.

7. Tufan, vulkan və zəlzələ kimi ilahi qüdrətə diqqət yetirmək.

8. Görülən işləri hesaba almaq və onları görməli olan işlərlə müqayisə etmək.

9. Vacib olan bütün göstərişləri yerinə yetirib haramlardan uzaq olmaq.

10. Müstəhəb əməllərə can atıb məkruh əməllərdən uzaq olmaq.

11. Həyatda əldə olunan halal və haram mallara diqqət yetirib onları hesaba almaq.

12. Şübhələrdən uzaq olmaq.

13. Əməlisaleh insanların həyatlarını araşdırıb onlardan ibrət götürmək.

14. Allah yolunda dost və düşmən olmaq.

15. Əliaçıq olub başqalarına yardım etmək.

16. Cəhalət və nadanlıqdan uzaq olub elmə yiyələnmək.

17. Başqalarını Allah yoluna dəvət etmək.

18. Genahlardan çəkinmək.

19. Dünya işlərinə tamah salmamaq.

20. Deyilənlə əməli bir etmək və təqvalı olmağa can atmaq.

21. Allahın nemətlərinə şükür edib nemətə küfr etməkdən uzaq olmaq.

22. Gözəl əxlaqa sahib olub başqalarına yaxşılıq etmək.

23. Yalandan uzaq olub həqiqəti söyləmək.

24. Çətinliklərin qarşısında səbirli olmaq.

25. Təkəbbür, həsəd və əxlaqsızlıqdan uzaq olmaq.
http://sualcavab.ge


more post like this