Ruslan Növrəs

Gözləmirəm mən səni, bica demə gözlə, gələrəm mən,

Sənə, mən gəl demədim ki, gələsən sən.

 

 

Çox demə, gəlləm, gözüvün yaşın əlimlə silərəm mən,

Gözümün yaşı qalıb ki, siləsən sən.

 

 

Gəl demə Musa kimi dəryanı əsamla bölərəm mən,

Gücün olmaz məni qəlbən böləsən sən.

 

 

Qəmli olan halıma çöx gülmüsən, ey gül, gülərəm mən,

Baxıb öz halına qəmdən güləsən sən.

 

 

Sən mənə verdin elə dərdi, demə dərman elərəm mən,

Nə gərək dərdimə dərman eləsən sən.

 

 

Eşqə düşüb zənn eləmə sevgi-məhəbbət bilərəm mən,

Bu məhəbbət nədir hardan biləsən sən.

 

 

Gəl demə bir gün məni tərk eyləmə, Növrəs, ölərəm mən,

O gün olsun mən ölən gün öləsən sən.

canderyasi.com


more post like this