islamic mənbələri

    1. home

    2. article

    3. Gözəllik

    Gözəllik

    Gözəllik
    Rate this post

     

    350.Allah gözəldir gözəlliyi sevir

    Quran:

    «De: Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram buyurmuşdur? De:  Bunlar, dünyada iman gətirən üçündür, Qiyamət günündə isə yalnız möminlərə məxsusdur.»[1]

    Hədis:

    1126.Allahın Peyğəmbəri (s):«Allah-taala gözəldir və gözəlliyi sevir. Nemətinin nişanəsini bəndəsində görməyi də sevir. O, yoxsulluğa və özünü yoxsul göstərməyə nifrət edir.»[2]

    1127.Allahın Peyğəmbəri (s):«Allah-taala möminin öz qardaşlarının yanına səliqəli və bəzənmiş halda getməsini sevir.»[3]

    1128.Allahın Peyğəmbəri (s):«Sizin hər biriniz bığ və burnunun tükünü bir az qısaltmalı və özünə baxmalıdır. Çünki, bu işlər gözəlliyi daha da artırır.»[4]

    1129.İmam Sadiq (ə):«Gözəl paltar geyin. Çünki Allah gözəldir və gözəlliyi sevir. Amma, gərək halaldan olsun.»[5]

     

    351.Gözəl üz

    1130.Allahın Peyğəmbəri (s):«Gözəlliyin bəlası qürurdur.»[6]

    1131.Allahın Peyğəmbəri (s):«Mömin kişiyə verilmiş ən yaxşı şey gözəl əxlaqdır. İnsana verilmiş ən pis şey isə gözəl üzdə pis qəlbin olmasıdır.»[7]

    1132.Allahın Peyğəmbəri (s):«Xeyir və yaxşılığı üzü gözəl olanlarda axtarın. Çünki,onların etdikləri gözəllikdə daha gözəldir.»[8]

    1133.İmam Əli (ə):«Möminin üzünün gözəlliyi Allahın ona olan hüsn-rəğbətindəndir.»[9]

     

     

     

    352.Saça dəyər vermək

    1134.Allahın Peyğəmbəri (s):«Gözəl saç ilahi örtükdür. Buna görə, də onu qiymətləndirin.»[10]

    1135.Allahın Peyğəmbəri (s):«Saçını uzadan ona yaxşı qulluq etməlidir, əks halda onu qısaltsın.»[11]

     

    353.Batini gözəllik

    1136.Allahın Peyğəmbəri (s):«Gözəllik dildədir.»[12]

    1137.Allahın Peyğəmbəri (s):«Ağıldan gözəl gözəllik yoxdur.»[13]

    1138.Allahın Peyğəmbəri (s):«Sağlamlıqdan gözəl paltar yoxdur.»[14]

    1139.İmam Əli (ə):«Allah-taala qadının çöhrəsini (və gözəlliyini) onun üzündə, kişinin çöhrəsini (və gözəlliyini) isə onun dilində qoyub.»[15]

    1140.İmam Əskəri (ə):«Üzün gözəlliyi zahirin gözəlliyi, ağlın gözəlliyi isə batinin gözəlliyidir.»[16]

     

     

     

     

     

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] Ə’raf, ayə 32

    [2] Kənzul-Ummal, hədis 17166

    [3] Məkarimul-Əxlaq, c.1, səh.85, hədis 1

    [4] Qurbul-İsnad, səh.67, hədis 215

    [5] Vəsailuş-Şiə, c.3, səh.340, hədis 4

    [6] Biharul-Ənvar, c.77, səh.59, hədis 3

    [7] Kənzul-Ummal, hədis 5170

    [8] Uyun əxbar Rza (ə), c.2, səh.74, hədis 344

    [9] Ğurərul-Hikəm, hədis 4848

    [10] Vəsailuş-Şiə, c.1,səh.432, hədis 2

    [11] Vəsailuş-Şiə, c.1,səh.432, hədis 1

    [12] Tuhəful-Uqul, səh.37

    [13] Nəhcus-səadə, c.1, səh.51

    [14] Biharul-Ənvar, c.77, səh.381, hədis 5

    [15] Biharul-Ənvar, c.71, səh.293, hədis 63

    [16] Əlamud-Din, səh.313