İmam Səccad (əleyhissalam) sədəqənin gizlində verilməsinə daha çox təkid edir. Bu bəyanla ki: “Qulaqları və gözləri sədəqə verməyinə şahid tutma!” Ola bilsin, bu ifadə müstəhəbb sədəqə vermək barəsində olsun. Yoxsa, vacib sədəqə sayılan zəkatı aşkar verməkdə heç bir mane yoxdur. Allah-taala “Bəqərə”surəsində bu barədə buyurur:
“Yoxsullara aşkarda sədəqə verməyiniz yaxşıdır. Lakin, onu gizlində versəniz daha yaxşı olar. Bu, günahlarınızın bir qismini örtər. Allah, etdiyiniz hər bir işdən xəbərdardır!”
Şübhəsiz ki, sədəqə və infaqın aşkarda yaxud, gizlində verilməsinin hər birinin xüsusi faydası vardır. Aşkar infaq da xüsusilə, vacib olarsa (məsələn, zəkat), insanların bununla, « bu işə təşviq olunmasından əlavə, “vacib vəzifəsinə əməl etmədi”- töhmətinə də son qoyulur. Əgər aşkar verilən sədəqə müstəhəbb olarsa, əslində, insanlara mərhumların müqabilində xeyir işlər görmələrinə təşviq olan bir növ təbliğdir.
Əgər infaq gizlində olarsa, qəti olaraq riyakarlıq, özünü göstərmək hissi çox azalar. İxlası çoxalar və bununla da məhrumların abır-həyası hifz olunmuş olar.

Bəzi rəvayətlərdə aşkarcasına qeyd olunub ki, vacib infaqın aşkarda verilməsi daha yaxşıdır. Həmçinin, müstəhəbb infaqlar gizlində verilsə daha yaxşıdır. Bu mətləb“Məcməul-bəyan” təfsirində nəql olunmuşdur.
Ayədəki “Günahlarınızdan bəziləri bağışlanar”- cümləsindən məlum olur ki, Allah yolunda xərc etməyin günahların bağışlanmasında dərin təsiri vardır. Əlbəttə, bu mənada yox ki, bütün günahlar bağışlanılır.
Hər halda, infaq etməkdə ən təsirli şey, pak və xalis niyyətlə əməl etməkdir. Əhalinin bilməsi və bilməməsi çox da mühüm deyildir. Mühüm, Allahın bilməsidir. Çünki, insanın mükafatını verən, aşkar və gizlindən agah olan yalnız, Allahdır!

http://sualcavab.ge/


more post like this