1436. Ğina.

Quran:

«Bütlərin murdarlığından uzaq durun və batil sözlərdən çəkinin.»[1]

Hədis:

4892. Allahın Peyğəmbəri (s): «Allah məni dünya əhlinə rəhmət olaraq göndərdi və mən simli alətləri, neyləri və cahiliyyət işlərini məhv (qadağan) edəcəyəm.»[2]

4893. Allahın Peyğəmbəri: «İki səs var ki, bunlar dünya və axirətdə lənətlənmişlər: xoşhal olduqda çalınan neyin və müsibət vaxtı vay-şivənin səsi.»[3]

4894. İmam Sadiq (ə): «Ğina elə günahlardandır ki, Allah onunçün alovu vəd etmişdir. Allah-taala bu barədə buyurub: «Camaatın elələri var ki, boş sözləri (heç bir) elmsizi (camaatı) Allahın yolundan azdırmaq və Allah yolunu rişxənd etmək üçün satın alarlar. Onlara xaredici əzab veriləcəkdir.»[4]

 

1437. Ğinanın mirası.

4895. Allahın Peyğəmbəri (s): «Ğina ziyanın tilsimidir.»[5]

4896. Allahın Peyğəmbəri (s): «Üç şey qəlbi sərtləşdirər: eyş-işrət məclislərinə xas musiqini eşitmək, ov və sultan sarayına gedib-gəlmək.»[6]

4897. İmam Sadiq (ə): «Ğina özündən nifaq qoyub gedər.»[7]

Mizanulhikmətin xülasəsi kitabı – I I cild

 



[1] Həcc, ayə 30

[2] Biharul-Ənvar, c.79, səh.250, hədis 2

[3] Kənzul-Ummal, hədis40661

[4] Mən la Yəhzuruhul Fəqih, c.4,  səh.58, hədis  5092

[5] Biharul-Ənvar, c.79, səh.247, hədis26

[6] Biharul Ənvar, c.79, səh.252, hədis 6

[7] Biharul Ənvar, c.79, səh.241, hədis 7


more post like this