Cavab:
Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

Gecə namazı qılarkən azan və iqamə demək laızm deyil.

Gecə namazı vacib olmadığından niyyətdə vacib sözünü demək lazım deyil.

Sual:
(2 Allahın adı ilə. Salam. Dİnimizdə kafir ata və ya ananı övlad döyə, təhqir edə, bir sözlə haqqına girə bilərmi? Kafir valideynə (dinin vacib göstərişlərindən başqa işlərdə) itaət vacibdirmi? Belə valideynlərə hörmət bəsləyib-bəsləməmək haqqında dinin hökmü nədir və bu haqda xahiş edirik mövcud olan ayə və hədislərdən dəlillər gətirəsiz. kafir valideynə qarşı müsəlman bir övladın mövqeyi necə olmalıdır? Müctəhidlərin bu haqda ümumi (məşhur) fikri nədir?
Cavab:

Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

Bu barədə mövcud ayə və hədislərdən dəqiq nəticəyə gələ bilməyəcəyimiz üçün müctəhidlərin hökmlərinə müraciət etməliyik.

Ona görə də “Şəri” suallar bölümünə müraciət edin.

Sual:
(3 Salamunaleykum. Meger shielikde bele bir eqide var ki, guya Imamlar(e.s.) adi usulla , uzr isteyirem yeni her bir insanin doguldugu kimi yox, nese qeyri -adi bir yolla dogulub? Cox sag olun.Allah razi olsun.
Cavab:

Bismillahir-rəhmanir-rəhim.

Sizə Allahın salam və rəhməti olsun.

İamamlar digər insanlar kimi təbii yolla dünyaya gəlir.

haqyolu.com


more post like this