Bismillahir Rəhmanir Rəhim… Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə). Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə…

Ayətullah uzma Seyyid Əli Hüseyn Sistaniyə ərəbcə ünvanlanmış sualların birində gecə namazının qılınma qaydası soruşulur. Verilən cavabda deyilir ki, gece namazı 11 rükətdir, fəzilətli vaxtı gecənin son 1 / 3 hissəsidir.

İlk 8 rükət gecənin nafiləsi niyyəti ilə qılınır – 4 ədəd 2 rükətli namaz şəklində və bunların qılınma qaydası sübh namazına oxşayır. 1-ci rükətdə “Fatihə” və “İxlas”, 2-ci rükətdə “Fatihə” ve “Kafirun” surələri oxumaq müstəhəbdir. Qunutda dua edilir, insana zülm verən zalımı cəzalandırması barədə də Allaha dua etmek olar. Hər iki rükətin axırında təşəhhüd və salam verilir. Nafilələrin axırında Həzrət Fatimənin (ə) zikrini demek savabdır.

Sonra 2 rükət “Şəf”” namazı qılınır. 1-ci rükətində “Fatihə” dən sonra “Nas”, 2-ci rükətində “Fatihə”dən sonra “Fələq” surələri oxunur, qunut tutulmaz.

Axırda 1 rükət “vitr” namazı qılınır. “Fatihə”dən sonra 3 dəfə “ixlas” və 1 dəfə “Fələq” lə “Nas”surələri oxunur. Sonra qunut tutulur, 40 nəfər mominin bağışlanması üçhün dua edilir, sonra 70 dəfə istiğfar edilir, 7 dəfə “hazal-məqamul-aizu bikə minən-nar” deyilir, 300 dəfə “əl-əfv” söylənir, ruku, səcdələr, təşəhhüd və salam yerine yetirilir.

Gecə namazından sonra oxunması savab olan müstəhəbbi dualar da var. Gece namazı vacib deyil, müstəheb olduğundan, indiyə kimi qıldığınız gecə namazlarında səhv olsa belə, qətiyyən günah qazanmamısınız. Əksinə, bilməyərəkdən səhvə yol verdiyinize görə, Allah düzgün gecə namazının savabını Sizə vərər İnşəAllah. Amma bundan sonra bu namazın qılınma qaydalarına riayyət etmeyiniz lazımdır.

Redaktor: Nəcəf

ziyaret.az


more post like this