991. Gənclik

3195. Allahın Peyğəmbəri (s) :«Gənclik  dəliliyin bir budağıdır.»[1]

3196. Allahın Peyğəmbəri (s):«Sizin ən yaxşı cavanlarınız orta yaşlılarınıza bənzəmək istəyənlərdir. Sizin ən pis orta yaşlılarınız cavanlarınız kimi rəftar edənlərdir.»[2]

3197. İmam Əli (ə) :«İki nemətin qədrini onu əldən verən şəxsdən başqa bir kimsə bilməz:  cavanlığın və sağlamlığın.»[3]

 

992. Gəcnlərin tərbiyəsi

3198. İmam Əli(ə):«Həqiqətən, yeniyetmənin gəlbi xam (işlənməmiş) torpaq kimidir. Ora hər nə atılsa qəbul edər.»[4]

3199. İmam Sadiq (ə): -Əhvələ xitabən- «Bəsrəyə getdinmi?» Ərz etdi:«Bəli.» Buyurdu:«Xalqın bu işə (bizim vilayət və imamətimizə) sevgisini və onu qəbul etməyini necə gördün?» Ərz etdi:«Allaha and olsun azdırlar, müəyyən iş görüblər, amma azdır.» Həzrət (ə) buyurdu:«Gənclərə diqqətli olmağı sənə tövsiyə edirəm. Çünki onlar hər bir yaxşılığı qəbul etməkyə daha çox tələsirlər.»[5]

 

993. Gənc yaşlarında öyrənmək

3200. Allahın Peyğəmbəri (s):«Cavanlıqda öyrənilən elm daşa həkk olunmuş yazıya bənzər, yaşlı vaxtda öyrənilən elm isə su üzərindəki yazıya.»[6]

3201. İmam Baqir (ə):«Əgər mənim yanıma (dini) elm öyrənmək istəməyən bir gənc şiə gətirsələr, onu tənbeh edərəm.»[7]

3202. İmam Sadiq (ə):«Sizin gəncləri bu iki haldan qeyri bir halda görmək istəmirəm: alim və ya tələbə. Çünki belə olmasa, səhlənkarlıq etmişdir. Əgər səhlənkarlıq etsə, zay olmuşdur. Əgər zay olsa, günahkar olar. Günahkar olsa, and olsun Məhəmmədi haqq ilə göndərənə, yeri Cəhənnəmdə olar.»[8]

994. Gənc abidin fəziləti

3203. Allahın Peyğəmbəri (s):«Allah-taala gənc abidin vücudu ilə mələklərin qarşısında iftixar edər və buyurar:«Baxın Mənim bu bəndəmə, Mənə xatir öz şəhvətindən əl çəkmişdir».»[9]

3204. Allahın Peyğəmbəri (s):«Allah-taala cavan tövbəkarı sevər.»[10]

3205. Allahın Peyğəmbəri (s):«Gənclik çağında bəndəlik yolunu tutan cavan abidin, yaşlı vaxtında ibadətə başlayan qocadan üstünlüyü Allahın Rəsullarının digər insanlardan üstünlüyü kimidir.»[11]

3206. Allahın Peyğəmbəri (s):«Allah-taala, öz gəncliyini Allaha itaətə həsr edən cavanı sevər.»[12]

 

995. «Fəta»nın mənası

3207. İmam Sadiq (ə): -bir kişiyə xitabən- «Siz «fəta» kimə deyərsiz?» Ərz etdi:«Cavana» Həzrət (ə) buyurdu:«Xeyr. «Fəta» mömindir. Əshabi Kəhfin hamısı yaşlılar idi, Amma Allah-taala onları imanına görə «fətiyə» (cavanlar, mərdlər) adlandırdı.»[13]

Mizanul-hikmətin xülasəsi 1-ci cild



[1] əl-İxtisas,səh. 343 , hədis 343

[2] Kənzul-Ummal, hədis 43058

[3] Ğurərul-hikəm,hədis 5764

[4] Tühəful-Uqul,səh. 70

[5] Qurbul-İsnad,səh. 128 , hədis 450

[6] Biharul-Ənvar, c.1,səh. 222 , hədis 6

[7] əl-Məhasin, ayə 1 , hədis 760

[8] Əmali-Tusi, səh. 303 , hədis 604

[9] Kənzul-Ummal, hədis 43057

[10] Kənzul-Ummal, hədis 10185

[11] Kənzul-Ummal, hədis 43059

[12] Kənzul-Ummal, hədis 43060

[13] əl-Kafi, c.8,səh. 395 , hədis595


more post like this