Gənclik – həyatın ən gözəl, dinamik çağı və qurub-yaratmaq hissləriylə dolu baharıdır. Sovet dövründə gəncliyin mənəvi hədəfi yox idisə də, dünyada kommunizm amalı ən yüksək məqsədə çevrilmişdi. Çoxları bu bütə tapınmış, onun üçün nələrisə yaratmışlar. Keçid dövrü isə bu dünyəvi amalı da süpürüb apardı. İndiki gəncliyin az bir qisminin amalı din, daha az bir qisminin amalı vətən və mənəvi dəyərlər, əksərinin amalı amansızlıq, boşluq və puldur. Bu boşluq Freydin nəzəriyyəsilə daha da mürəkkəbləşir. Məncə bugünkü gəncliyin tarazılığı pozulub, sərhədləri, ədəb-əxlaqları müəyyənləşməyib. Cəmiyyətdə mövcud olan açıq-saçıqlıq isə hər şeyin rəngini bir az da tündləşdirib. Bu da təbiidir. Məktəbdə, institutda və ictimada münasibətlər pulla düzəlir. Mənəviyyatımız gör nə qədər kiçilib, qeyrət hissi əriyib. Qeyrəti olanlar da ümumi selə düşməmək üçün öz papağını güclə saxlayır. Bu məqalənin məqsədi bugünkü gəncliyin cinsi rəftarına bir baxışdır. Sovet hakimiyyəti müsəlman cəmiyyətindən gerilik səbəbi elan edərək 2 böyük amili sildi: çadranı və qadınla kişi arasında olan məhrəm-naməhrəm sərhəddini – mənəvi çadranı. Sonradan gələn nəsil bir addım da qabağa getdi! Cinsi mövzuda verilən tam sərbəstlik ünsiyyət, yaxınlıq, rəftar və s.-nin dəyişilməsinə səbəb oldu. Məhz bu dövrdə öncədən ictimanın bir parçası olmayan mavilər cinsi azlıq və sərbəstlik adı altında cəsarət tapıb, həyasızcasına “mən də varam və mən buyam” deyə özünü cəmiyyətə “yedirtmək” istəyir. Gənclərin birbaşa ünsiyyətdə olduğu məktəb və institut mühiti, istifadə etdiyi mobil və internet xətləri, TV, radio və s. istənilən qədər seksual mövzularla zəngindir. Yeniyetmə və gənci bundan çox nə cəlb edə bilər ki?! Əlbəttə ki, nə təhsilə meyl qalar, nə də başqa mövzulara. “Hər şey ailə tərbiyəsindən başlayır” deyəcəksiniz. Amma ailədən başlayan tərbiyə mühitlə tamamlanmalıdır. Belə olmayan təqdirdə, hər bir şəxsin nəfsi istəklərinin oyanmasını nəzərə alaraq, yalnız ailə mühiti kifayət etməyəcək. Cəmiyyətdə isə qadın əmtəə simvoluna çevrilib. Reklam ünsürü ticarətin cazibə qüdrətini təşkil edir. Cazibə varsa, qeyri-qanuni əlaqələr də var, xəstəliklər də var və daha nələr, nələr…
İslam insanın iffət və namusunu qoruması üçün ailə qurmasını təşviq edir. Özü də bu evlilik ictimai hadisə formasında, aşkar surətdə olmalıdır. Lakin bizim dərdimiz bununla da sağalmır. Niyə? Niyəsi isə bunlardır:
1. Bizdə erkən nigaha pis baxılır, hətta buna müəyyən yaş məhdudiyyəti də qoyulub. Bununla guya qadın hüquqlarının pozulmasının və nigaha sürüklənməyin qarşısımı almaq istəyiblər. İslamda isə nigaha nə yaş məhdudiyyəti, nə də icbar var. Bundan əlavə, fərdlərin əxlaqi yöndən münasibliyi də nəzərə alınır.
2. Evlilik mövzusunun bir sıra məcburi adətlərə bağlanması. Adətlərimizin tərəfdarıyam, lakin onlar məşəqqət və əzab gətirirsə, daha yüngül formalarını tətbiq etmək olar. Bu, xüsusilə nişanlı gənclərin illərlə toy gözləməsi mövzusuna aiddir.
3. Evliliyi ağır xərclərə görə təxir etmək. Son zamanlar sadə toy və nigah mərasimi olmur. Bu mərasimlər üçün mütləq təntənəli şadlıq evi tutulmalıdır. Bu isə hamının cibinə uyğun olmur.
4. Evli gənclərə şəraitin yaradılması. Təbiidir ki, iki gənc hətta bir dam altında yaşasalar da, onların bir-birinə psixoloji yöndən uyğunlaşması üçün müəyyən vaxt və ətrafdakıların müdaxilə etməməsi lazım olur. Vaxt və sükut. Qaynanalar yaxşı-yaxşı düşünün ki, sizin nöqsan və tənqidləriniz ən azı iki gənc arasında mübahisəyə, ən çoxu isə incikliyə gətirib çıxarır. Bu qısqanclığın nə bu dünyaya xeyiri var, nə də o biri dünyaya.
5. Sağlamlıq problemi. Müasir gənclərin 80 %-i övlad sahibi olmaq üçün müəyyən müalicəni almalıdır. Tibbi xidmətlər isə heç də kasıb təbəqəyə münasib deyil. Hələ “firma dərman”larını demirəm.
6. Mənzil və təminat problemi. İşsizliyin və maddi ehtiyacın gəncləri qorxutması normal haldır. Çünki cəmiyyətdə gedən təbəqələşmə və sosial fərq çox qabarıq formaya çatıb.
7. Yenidən ailə qurmaq istəyən qadınların problemi. Qeyd olunmalı bir məsələ də ailəsi dağılmış gənc qadının yenidən ailə qurmaq istəyərkən üzləşdiyi problemlərdir. Xüsusilə o qadının uşağı varsa.
8. Fəsadın yayılması. Təbiidir ki, bizim cəmiyyətimizdə mövcud olan bu qədər fəsadın yayılmasında maraqlı olanlar var. Bunlardan biri ölkəni mənəvi və mədəni asılılıqda saxlamaq istəyən dünyəvi idarəedici qüvvələr, digəri isə daxilimizdə olan və bu sahədən maddi gəlir götürən kəslərdir. Bütün bunlara rəğmən, bugünkü gənc cibi boş evlənsin, ya torpaq dərdi çəksin? Görəsən, biz bir şəxsiyyət olaraq, bunları həll edə bilərikmi? Oğlanlarımızı 30 yaşında evləndirib, qızlarımızı 10 yaşından gözəlliyini göstərərək, hissləri təhrikedici şəkildə geyindirib ictimaya çıxararaq, bizim aqibətimiz necə olacaq? Görəsən, kişilərin qeyrət hissinə malik olma hüququnu kimlər müdafiə edəcək? Yadıma Lut peyğəmbər və onun qövmü düşdü. Allah bizim aqibətimizi xeyirli etsin!

Emruzə
Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this