Dersimizin Ardi.Bismillahir Rehmanir Rehim.Ötən dərsdə dedik ki, dildə Allahı inkar edənlərin özləri də ruhən Allaha iman bağlamışlar.
Şübhəsiz, müvəffəqiyyət və qələbələr insanlarda (xüsusən çıxarı olmayan insanlarda) qürur və təkəbbür əmələ gətirir. Bu qürur insanın hər şeyi unutmasına səbəb olur. Hətta, iş o yerə çatır ki, insan öz fitrətində olanları da unudur. Lakin vəziyyət dəyişdikdə, çətinliklər insana üz verdikdə qürur pərdələri aradan qalxır, tövhid- Allaha pərəstiş nişanələri aşkar olur. Tarix bu cür nümunələrlə doludur. Aşağıdakı əhvalat bu nümunələrdən biridir.
Bir vəzir var idi. Bu vəzir çox qüdrətli idi. Heç kim onunla rəqabət apara bilmirdi. Bir gün həmin vəzir ruhani və dini alimlərin yığışdığı bir məclisə girib dedi: Siz nə vaxta qədər «bu dünyanın bir Allahı var» deyəcəksiniz? Mən onun yoxluğuna min dəlil gətirərərəm.
Alimlər bilirdilər ki, bu vəzir bürhan, məntiq, dəlil və sübut əhli deyil və heç bir haqq sözü qəbul etmir. Buna görə də onun sözü qarşısında mənalı və təhqiredici bir sükuta daldılar.
Bu hadisədən bir müddət keçdi. Bir gün vəzir müttəhim olaraq o vaxtın iqtidarı tərəfindən tutulub zindana salındı. O vaxt həmin məclisdə olan alimlərdən biri özü-özünə dedi ki, o vəzirin oyanmaq (qəflət yuxusundan oyanmaq) vaxtı gəlib çatıb. Artıq onun təkəbbür və qürur pərdələri gözünün qarşısından çəkilib və haqqı qəbul etməyə hazırdır. Əgər onun yanına gedib nəsihət versəm, mütləq ona təsir edəcək. Fürsətdən istifadə edib zindana gəldi. Onunla görüşmək icazəsi alıb zindana girdi. Gördü ki, vəzir bir otaqda tək başına gəzərək fikir edir. Qulaq asıb gördü ki, dodağının altında bir şer zümzümə edir. Diqqətlə qulaq asdıqda gördü ki, bu məzmunda şer oxuyur:
«Biz hamımız şirik, lakin bayraq üstə çəkilmiş şir. Külək əsdikdə hücum etməyə başlayırıq. Hücum etmək istəyirik, lakin külək əsmir. Qurban olaq heç vaxt gözə görünməyən varlığa.»
Yəni, biz bayrağın üstə çəkilmiş şirə bənzəyirik. (Bəzi ölkələrin bayrağı üzərində bir şir şəkli vardır. Şerdə də buna işarə olunub). Külək əsdikdə hərəkətə gəlirik və elə bil ki, hücum etməyə hazırlaşırıq. Həqiqətdə isə bizi hərəkətə gətirən küləkdir. Bizim isə öz gücümüz yoxdur. Nə qədər hərəkətə gəlmək istəsək də, külək əsməzsə, yerimizdə qalacağıq. Bizi bu qüdrətə malik edən Allah hər bir zaman bu qüdrəti bizim əlimizdən ala bilər. Hamımızın canı ona fəda olsun.
Alim baxıb gördü ki, belə bir vəziyyətdə o nəinki təkcə Allahı qəbul edib, hətta bəlkə böyük arif və zahid şəxsə çevrilib.
Lakin buna baxmayaraq, vəzirin hal-əhvalını soruşduqdan sonra ona dedi:-Yadınızdadırsa, bir gün demişdiniz, Allahın olmamasına min bir dəlil və sübut gətirərəm. İndi mən gəlmişəm, sənin min dəlil və sübutunu bir sübutla rədd edim. Allah həmin varlıqdır ki, sənin o əzəmətli qüdrətini asanlıqla əlindən aldı. Vəzir utanaraq başını aşağı saldı, heç bir cavab vermədi. Çünki öz səhvini anlamışdı. Artıq öz batinində Allah və iman nuru hiss edirdi.
Quran (bu barədə) Firon haqqında belə buyurur: «Firon batacağı anda: «İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim» dedi» (Yunus, 90).
Fikirləşin və cavab verin
1.Baş vermiş bu əhvalatın nəticəsini bir neçə sətirdə izah edin.
2.Nə üçün Bəni -İsraili Bəni- İsrail adlandırırlar?
3.Firon kim olub, harda yaşamış və nə iddia etmişdir?Ardi Gelen Dersimize INŞALLAH.Müәllif Həzrəti Ayətullahül-Üzma
Nasir Məkarim Şirazi.Hazirladi Haci Sәbuhi Allahin rәhmәti olsun ona.Amin.

 

mesumlar.biz


more post like this