Ruslan Növrəs

Gəlirəm sidqi-ürəknən sənə, yar, eylə qəbul,

Məni qapında yenə saxlama zar – eylə qəbul.

 

Sənin, ey Kə`bənə qurban, pir olan qəlb gəlir,

Dövrü-kuyindən onu, qılma kənar, eylə qəbul.

 

Olacam ya əcəlin qisməti, ya sən gözəlin,

Nə qədər gec deyil, ey ahu, qərar eylə qəbul.

 

Nəğməli bülbülün alqanə boyatsın ürəyin,

Sən də, qəbul elədikcən səni xar – eylə qəbul.

 

Yarıvın zülfünün ətri bürüsün ətrafı,

Çək onu sinəvə, sən məsti-xumar eylə qəbul.

 

Eşq bağından hələ kimsə nübar etmədi – yar,

Dərib öz əlləri ilə sənə bar – eylə qəbul.

 

Mənə yer verməsə qoynunda gər, o yar` – məni,

Özün ağuşə çək, ey qarə məzar, eylə qəbul.

 

İstəsən-istəməsən də buna sən məcbursan,

Bu qəzəl aləminin Növrəsi var – eylə qəbul.

canderyasi.com


more post like this