Gəl, ey arif, sana hər dəm təvafi-həcci-əkbərdir

Ki, qiblə nuri-peyğəmbər, imami nəqdi-heydərdir.

 

Əli оldur ki, cənnətdə оlubdur saqiyi-kövsər,

Budur saqi, budur cənnət, şərabı abi-kövsərdir.

 

Əlində badeyi-gülrəng içər ğazilərin şahi,

Nə hacət nəql içün şəkkər, sözün qəndi-mükərrərdir.

 

Şücaət bu, vilayət bu, mürüvvət bu, kəramət bu,

Əlini görmiyən hazir Yəzidü gəbrü kafərdir.

 

Hədisi-və’zi-Qur’andan nə buldun, gəl, gəl, ey zahid,

Kəlamın ismi Qur’andır, hədis Allahü əkbərdir.

 

Siratin körpüsin keçdim, əməl mizanini çəkdim,

Bu yоldan azanın, billah, məqami nari-məhşərdir.

 

Xətayilə Xötən mülki şaha fəth оldu Çin belə

Ki, məclis nafeyi-müşkin sərasər müşki-ənbərdir.

Əya mehrab edən daşı, həqiqət məzhəbindən kim,

Nigarın gözləri, qaşı mana mehrabü mənbərdir.

 

Behişt istərsən, ey zahid, biya dər məclisi-rindan,

Həqin didarı, ey aşiq, nə cənnatə müyəssərdir.

 

gər nazirsən, ey talib, həqi insanda gör, getmə,

Mübarək xacəmin vəchi həqin nurində məzhərdir.

 

Xətayinin degil həqqi şaha qulam deyə bilməg,

Əgər xidmət qəbul оlsa, anın mövlası Qənbərdir.

 

Şah İsmayıl Xətai


more post like this