Islamtimes – Nə səbəb oldu ki, qardaşlarımıza zülm olunduğu halda bizlər səsimizi çıxartmadıq?
Islamtimes
Muhəmməd Cavad süleymanov hicab məhbusu Abgül Süleymanovun oğlu
Muhəmməd Cavad süleymanov hicab məhbusu Abgül Süleymanovun oğlu
islamtimes.org/az/ – Bugün müsəlman valideynlər olaraq üzərimizə çox mühüm vəzifə düşür. Nəzərə alsaq ki, övladlarımız bizim gələcəyimizdir, bəs gərək gələcəyimiz olan övladlarımızın təlim və tərbiyyəsinə ciddi fikir verək. Həmd olsun aləmlərin Rəbbinə ki, xalqımız, məxsusəndə gənclərimiz İslama üz tutublar.

Bugün İslama gələn, yaşamını İslam prinsipləri üzərində quran hər bir gənc yetişəcək mücahidlərin valideynləridir. Nəzərə alsaq ki, bizlərin valideynləri 70 il məktəb və universitetlərdə ateizmin rəsmi şəkildə təbliğ və tədris edildiyi bir cəmiyyətdə böyüyüblər və sovet dövrünün onlara təsirinə baxmayaraq bizlər İslama gəlmişiksə, deməli Allahın izni ilə bizlərin övladları da daha da imanlı və mücahid olarlar.

Məlum olduğu kimi ölkəmizdə İslama qarşı qadağalar var. Gənc qızları hicablı şəkildə məktəbə qoymurlar və bir çox idarələrdə də hicablı xanımlara işləməyə icazə vermirlər. Eşq olsun Azərbaycanın mərd oğullarına ki, dinə qarşı olan namərd hücumları görüb susmadılar, hər şeylərini göz ardına alıb haqq səslərini ucaltdılar.

Ancaq çox təəssüflər olsun ki, zalım düşmən onları yalan ittihamlarla həbs edib zindana saldılar. Bəs görəsən bizi onları müdafiə etməkdən çəkindirən nə idi? Nə səbəb oldu ki, qardaşlarımıza zülm olunduğu halda bizlər səsimizi çıxartmadıq?

Səbəblər çoxdur.
” Gənc qızları hicablı şəkildə məktəbə qoymurlar və bir çox idarələrdə də hicablı xanımlara işləməyə icazə vermirlər. Eşq olsun Azərbaycanın mərd oğullarına ki, dinə qarşı olan namərd hücumları görüb susmadılar, hər şeylərini göz ardına alıb haqq səslərini ucaltdılar. “
Ancaq bugün mövzumuza uyğun olaraq bu səbəblərdən biri valideynlərimizdir. İnsan bir şey baş verəcəyi təqdirdə valideynlərini fikirləşir. Onların çəkəcəyi iztirabları və həyacanı fikirləşir. Valideynlərimiz sovet dövrünün təbliğinə məruz qaldıqları üçün onlarda şücaət və fədəkarlıq hissləri övladlarını Allah yolunda fəda edəcəkləri qədər yetərli deyil.

Bu səbəbdən də mənim kimi insanları zalıma qarşı çıxmağa və zülm olunmuş qardaşlarımızı müdafiə etməkdə saxlayan ən böyük maneələrdən biri valideynlərdir. Düzdür bütün bunlara səbəb imanımın zəif olmasıdır. Çünki, vəzifə gəldikdə gərək heç bir şeyə fikir verməyək. Üzərimizə düşən vəzifəni yerinə yetirək. Necə ki, şəhidlər sərvəri İmam Huseyn (ə) bu yolda hər bir şeyindən keçdi və Allahın əmirlərini hər şeydən üstün tutaraq bu yolda canını belə fəda etməkdən çəkinmədi.

Müsəlman olaraq bizlərin də Kərbəladan alacağımız ən böyük dərs bu olmalıdır ki, vəzifə tələb etdikdə düşmənin sayca çox olmasına baxmayaraq, valideynlərimizi, əhli əyalımızı fikirləşmədən Allah yolunda hər bir şeyimizdən keçməyə hazır olmalıyıq.

Bəli, bugün bir çoxlarımızın qarşısında maneə olan bu səbəb gələcəkdə bizim övladlarımız üçün problem olmaycaq. Bunun üçün gərək bizlər indidən özümüzdə və övladlarımızda şücaət və fədəkarlıq hisslərini aşılayaq. Sabahsı gün vəzifə tələb etdikdə özümüz başda olmaqla övladlarımızı meydanlara göndərək, bu əməli onlara Allahın müqəddəs çağırışı olduğunu başa salaq.

Bütün bunları fikirləşdikdə həqiqətən gələcəyimizin parlaq olacağı aydın olur. Çünki bugün bizlər tək ola-ola düşməni qorxuya salacaq işlər görürüksə, deməli gələcəkdə həm bizim özümüz, həm də övladlarımız çox
” Müsəlman olaraq bizlərin də Kərbəladan alacağımız ən böyük dərs bu olmalıdır ki, vəzifə tələb etdikdə düşmənin sayca çox olmasına baxmayaraq, valideynlərimizi, əhli əyalımızı fikirləşmədən Allah yolunda hər bir şeyimizdən keçməyə hazır olmalıyıq. “
işlər görəcəyik. Düşməni də qorxuya salan məhz budur. Bu səbəbdən də düşmən artıq indidən məscidləri sökməklə, hicaba qadağa qoymaqla, əxlaqsızlığı yaymaqla gələcəkdə onlar üçün təhlükə olacaq səbəbləri aradan qaldırmaq istəyirlər.

Bu səbəbdən bizlərin üzərinə övladlarımızı düzgün şəkildə tərbiyə edərək şücaət, fədəkarlıq və səxavət kimi gözəl xasiyyətləri onlara aşılamaq vəzifəsi düşür. Gərək övladlarımızı İslam tərbiyəsi ilə tərbiyələndirək. Çünki, dünyada ən mükəmməl tərbiyə sistemi məhz İslam dinindədir.

Bir çox ideyalogiyaların, alim və psixoluqların irəli sürdüyü fikirlərə nəzər saldıqda görərik ki, kimisi deyir ki, uşaq tərbiyəsi hamiləlik dövründən başlayır, kimisi deyir dünyaya gəldikdən sonra, kimisi də həddi buluğa çatdıqdan sonra. Ancaq İslamın bu məsələyə yanaşması tam fərqlidir.

İslamın tərbiyə sisteminə əsasən övladın tərbiyəsi hələ valideynlər ailə qurmamışdan qabaq başlayır. Heç təsadüfi deyilki, həmişə İslam qayda-qanunlarından istifadə edən Almaniya bu yaxınlarda yeni bir qərar çıxardaraq ailə həyatı qurmaq istəyənləri bir ay əvvəlcədən səfalı ərazilərdən olan bir yerə istirahətə göndərir və bu bir ay ərzində onlara donuz əti yemək, siqaret çəkmək və spirtli içkilərdən istifadə etmək qadağan edilir. Bu müsəlman olmaya – olmaya İslami qanunları həyatlarına tətbiq edən almanlar, bu da müsəlman ola – ola İslamı qaydalara riayət etməyən Azərbaycanlılar.

Toy günü Allahın adını çəkərək Allahın haram buyurduğu şərabı içib, övladın nütfəsini də haramla bağlayan bir şəxsin övladı necə olacaq. Təbii ki, öz xalqına zülm edən, haqqını tapdalayan, milli – mənəvi dəyərləri məhv edənlər məhz nütfələri haramla bağlanmış şəxslərdir. Allah bizləri bu cür şəxslərin şərrindən amanda saxlasın. Amin.

ISLAMTIMES – ƏLİ SADİQLİ
Materailın kodu : 148

http://www.islamtimes.org


more post like this