Zərih Məharibdən nəql olunub ki, Həzrət Sadiq (ə) belə buyurdu: Hər kəs ha-mim Səcdə surəsini oxusa, Qiyamət günündə elə göz baxdıqca görünən bir nura sahib olub, şad və xoşhal olacaq. Bu dünya da elə gözəl bir həyat tərzi keçirər ki, görənlər onun arzusunda olarlar.
Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) nəql edib ki, Həzrət belə buyurdu: Hər kəs ha-mim Səcdə surəsini oxusa, onun hər hərfinin sayı qədər ona həsanat veriləcəkdir.
Fussilət surəsini yazıb, yağış suyu ilə yuyub, onun suyu ilə sürmə düzəldib, gözünə çəksə, göz ağrısı üçün faydalı olar.
Yazınn tərcüməsində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub


more post like this