Bizim etiqadımıza görə, fürui-din hökmlərində ictihada çatmaq İmam Zaman (əleyhis-salam)-ın qeybdə olduğu əsrlərdə bütün müsəlmanlara vacibdir. (Buna “vacibi-kifai” deyilir, yəni bu iş hamıya vacibdir. Amma bir neçə nəfər öhdəsinə alsa, başqalarından götürülər.)
Hər bir müsəlmana, hər bir əsrdə vacibdir ki, bu məsələyə diqqət yetirsin. Lakin kifayət qədər qüdrəti olan bir neçə adam ictihad dərəcəsinə çatmaq üçün hərəkət etsə və bu rütbəyə çatsa sair müsəlmanlar təqlid üçün layiqli dərəcəyə çatan, cameüş-şərait olan belə bir şəxslə kifayətlənib ona təqlid etməli, fürui-din məsələlərində, şəri hökmlərdə ona müraciət etməlidirlər.
Amma belə bir adam tapılmazsa, bu halda ictihad rütbəsinə çatmaq, hamıya vacibdir. Əgər bu işi yerinə yetirmək hamı üçün qeyri-mümkün, yaxud xeyli ağır olarsa bu məqama çatmaq üçün özündən ciddiyyət göstərən bir neçə şəxsi təhsil üçün lazımi vəsaitlərlə təmin etməlidirlər. Və müsəlmanların bu işə ciddiyət göstərməyib vəfat etmiş müctehidə təqlid etmələri caiz deyildir.
NUR-AZ.COM


more post like this