1461. Fürsəti qənimət bil.

4982. Allahın Peyğəmbəri (s): «Kimin üzünə xeyrin bir qapısı açılsa, onu qənimət bilməlidir. Çünki o qapının nə vaxt üzünə qapanacağını bilmir.»[1]

4983. Allahın Peyğəmbəri (s): «Fürsəti əldən vermək kədər gətirər.»[2]

4984. İmam Əli (ə): «Fürsət bir bulud kimi ötüb keçər. Belə isə, yaxşı fürsətləri qənimət bil.»[3]

4985. İmam Əli (ə): «Fürsət tez keçən və gec tapılandır.»[4]

4986. İmam Əli (ə): «Fürsət qənimətdir.»[5]

4987. İmam Əli (ə): «Fürsəti əldən vermək kədərin mayasıdır.»[6]

4988. İmam Əli (ə): «İşlər öz zamanlarının girovlarıdır.»[7]

4989. İmam Əli (ə): «Fürsət düşməmiş (bir işdə) tələsmək, fürsət düşdükdə isə lənglik və ahəstəlik nadanlığın nişanəsidir.»[8]

4990. İmam Sadiq (ə): «Hər kimin əlinə fürsət düşsə və o, tam fürsəti (yaxşı şəraitə tamamilə nail olmağı) gözləyərək onu təxirə salarsa, ruzigar həmin fürsəti də ondan alar. Çünki ruzigarın işi aparmaq və zamanın üslubu əldən çıxarmaqdır.»[9]

Mizanul hikmətin xülasəsi kitabı – I I cild

 

 

 



[1] Kənzul-Ummal, hədis 43134

[2] Biharul-Ənvar, c.77 , səh.165, hədis 2

[3] Nəhcül-Bəlağə, hikmət 21.

[4] Ğurərul-Hikəm, hədis 2019

[5] Ğurərul-Hikəm, hədis 194

[6] Nəhcül-Bəlağə, hikmət118

[7] Biharul-Ənvar, c. 77 , səh.165, hədis 2

[8] Nəhcül-bəlağə, hikmət 363

[9] Biharul-Ənvar, c. 78, səh.268, hədis181

es �_%t;��o XUo st-font-family: “Times New Roman”;mso-bidi-font-family:”Times New Roman”;mso-ansi-language: RU;mso-fareast-language:RU;mso-bidi-language:AR-SA’>[4] Biharul-Ənvar, c. 2, səh. 260

 

[5] Mustədrəkul-Vəsail, c.17, səh. 315, hədis 21453

[6] Mustədrəkul-Vəsail, c.17, səh. 315, hədis  21452


more post like this