1-İshaq ibn Əmmardan rəvayət olunub ki, Musa ibn Cəfər (ə) ona belə buyurdu: Ey Əmmarın oğlu! “Təbarəkəl-ləzi nəzzələl Furqanə əla əbdihi” ni tərk etmə. Çünki bir kəs bu surəni hər gecə oxusa, Allah heç vaxt onu əzab etməz, və ondan çox hesab çəkməz. Onun yeri Firdovs əlada olacaqdır.
Übəyy ibn Kəb Nəbiyyi-Əkrəmdən (s.ə.v.v) rəvayət edib ki, hər kəs bu surəni oxusa, Allah-taala Qiyamətdə onu mömin, müvəhhid və yenidən diriləcəyiini təsdiq edən halda Behiştə aparar.
Hər kəs bu surəni gecə yaxud gündüz oxusa, onun ailəsi heç vaxt əxlaqsızlığa yönəlməz. Öləndən sonra yetmiş min onu müşayiət edər, və onların hamısı onun üçün dua edib bağışlanmaq tələb edərlər, sonra ona qəbrə qoyarlar.
Bir kəs gündəlik namazlarında şam namazın qılandan sonra “İza vəqəətil vaqiə ” surəsini, sübh namazını qıl-andan sonra “Yasin” surəsini, Zöhr namazını qılandan “Nəbə” surəsini, və əsr namazını qılandan sonra “Fəth” surəsini oxusa, Həcəti qəbul olar,
Təngnəfəsi (astma yaxud alergiya) müalicə etmək üçün bu ayəni oxuyun:
“Bismillahir-rəhmanir-rəhim. Təbarəkəlləzi in şaə cəələ ləkə xəyrən min zalikə cənnatin təcri min təhtihəl ənharu və yəcəl ləkə qusurən.” (Furqan-10).

 

Yazının tərtibində tərcümə olunmuş kitabların elektron versiyasından istifadə olunub.


more post like this