Məsələ 1712: Vacib ehtiyata əsasən, fəqirə illik xərclərindən artıq və bir sa’dan (təqribən 3 kq.) az verilməsin.
Məsələ 1713: Əgər bir sa’nın yerinə, bir sa’ adi ərzağın qiyməti qədər olan yarım sa’ yaxşı mal verilsə kifayat deyil. Əgər onu fitrənin qiyməti məqsədi ilə də versə, eybi var.
Məsələ 1714: İnsan, hər ikisinin qarışığı o məntəqənin adi yeməklərindən sayıldığı halda, sa’nın yarısını bir növdən (məsələn, buğdadan), yarısını isə başqa növdən (məsələn, arpadan) verə bilər.
Məsələ 1715: Fitrənin zəkatı verildikdə ehtiyaclı qohumları yadlardan, sonra ehtiyaclı qonşuları digərlərindən, habelə, ehtiyaclı olan elm əhlini elm əhli olmayanlardan önə salmaq müstəhəbdir.
Məsələ 1716: Əgər fəqir hesab edib bir şəxsə fitrə verilsə, sonradan fəqir olmaması mə’lum olsa, o malı geri alıb müstəhəqqə verə bilər. Əgər geri almasa gərək öz malından fitrəni versin. Əgər aradan gedibsə, fitrəni alan şəxs aldığının fitrə zəkatı olduğunu bilsə, gərək onun əvəzini versin. Belə olmadığı halda əvəzini vermək ona vacib deyil. Əgər fitrə verən şəxs fəqir axtarışında səhlənkarlıq etməyibsə ona da bir şey vacib deyil.
Məsələ 1717: Ehtiyacı olmasını iddia edən şəxsə fitrə zəkatı vermək olmaz. Gərək onun fəqir olmasına əmin olsun. Ən azı xarici görünüşündən (fəqir olmasını) güman etməlidir. Yaxud, əvvəllər fəqir olduğunu bilir, (hazırda isə) fəqirliyinin aradan getməsi mə’lum deyil.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this