1449. Fitnə və ilahi sınaq.

Quran:

«İnsanlar iman gətirdik demələri ilə onlardan əl çəkiləcəyini və imtahan olunmayacaqlarınımı sandılar? Həqiqətən, onlardan əvvəl olanları da imtahana çəkmişdik. Allah düz danışanları da, yalançıları da tanıyır!»[1]

«Onların ildə bir, ya iki dəfə imtahana çəkildiklərini görmürsünüzmü? Bununla belə tövbə edib ibrət  almırlar?»[2]

Hədis:

4937. Muəmmər ibn Xəllad: «Eşitdim ki, Əbülhəsən (ə) bu ayəni oxuyur: «Əlif, lam, mim. İman gətirdik demələrilə onlardan əl çəkiləcəyini və imtahan olunmayacaqlarınımı sandılar?» Sonra mənə buyurdu: «İmtahan nədir?» Ərz etdim: «Sənə fəda olum, bizim bildiyimiz qədəri, dində imtahandır.» Həzrət buyurdu: «Qızıl közərdilərək yoxlanıldığı kimi camaat də elə sınanacaq.»[3] Daha sonra buyurdu:  «Qızıl xalisləşdiyi kimi insanlar da xalisləşəcək.»[4]

 

1450. Fitnənin növləri.

Quran:

«Bilin ki, mal-dövlətiniz və övladınız sizin üçun ancaq bir imtahandır. Böyük mükafat isə Allah yanındadır.»[5]

Hədis:

4938. Allahın Peyğəmbəri (s): «Üç şey fitnə törədər: gözəl saç, gözəl surət və gözəl səs.»[6]

4939. Allahın Peyğəmbəri (s): «Həqiqətən, sizin üçün çətinliyin fitnəsindən daha çox, xoşluğun fitnəsindən qorxuram. Siz çətinliyin fitnəsinə düşdünüz və səbr etdiniz. Ancaq dünya şirin və gözoxşayandır.»[7]

4940. İmam Əli (ə): «Fitnə üç şeydədir: qadın sevmək–bu şeytanın qılıncıdır, şərab içmək– bu şeytanın tələsidir və dirhəmə, dinara məhəbbət – bu isə şeytanın oxudur. Kim qadınsevən olsa, ömrünün faydasını görməz, kim şərabsevən olsa,cənnət ona haram olar. Kim dinar və dirhəmə məhəbbət bəsləsə, dünyanın nökəri olar.»[8]

4941. İmam Əli (ə)–(Həzrətin atından tutub piyada gedən Hərb adlı kişiyə xitabən): «Qayıt. Çünki sənin kimi insanın mənimtək insanın atından tutub piyada getməsi fitnəyə, valinin qüruruna və möminin zəlilliyinə səbəb olar»[9].

 

1451.Fitnələrdən  sağ-salamat çıxanlar.

4942. Allahın Peyğəmbəri (s): «Xoşa müxlislərin halına! Onlar doğru  yolun çıraqlarıdır və hər bir qaranlıq fitnə onlardan götürülər.»[10]

4943. Allahın Peyğəmbəri (s): «Tezliklə elə fitnələr meydana çıxacaq ki, onun təsirindən insan gecədən səhərə imanlı insan kimi çıxacaq və gündüzünü isə kafir kimi axşama çatdıracaq. Yalnız Allah-taalanın elmlə diri saxladığı şəxslərdən başqa.»[11]

4944. Allahın Peyğəmbəri (s): «Bilin ki, hər kim təqva yolunu tutsa, Allah onunçun fitnələrdən çıxış yolu və qaranlıqlarda işıq yaradar.»[12]

 

1452. Müxtəlif fitnələr.

4945. Allahın Peyğəmbəri (s): «Məndən sonra fitnələr ümmətimi zülmət gecələrtək bürüyəcək. Elə fitnələr ki, onun təsirindən insan gecə mömin olar, gündüz isə kafir, gündüz mömin olar, gecə isə kafir. Camaat öz dinini azacıq dünya malına satar.»[13]

4946. İmam Əli (ə): «Kim fitnə odunu alovlandırsa, özü ona odun olacaq.»[14]

4947. İmam Əli (ə):  Zülmkar və rəhmsiz hökmdar, daimi olan fitnədən (hərc-məclikdən) yaxşıdır.»[15]

4948. İmam Əli (ə): «Fitnə vaxtı, nə minmək üçün arxası və gücü, nə də südünü sağmağa döşü olan iki yaşlı erkək dəvə kimi ol.»[16]

Mizanulhikmətin xülasəsi kitabı – I I cild

 



[1] Ənkəbut, ayə 2

[2] Tövbə, ayə126

[3] Fitnənin lüğətdə mənası, qarışıqlarının çıxarılması və xalisləşdirilməsi üçün qızılın közərdilməsi deməkdir.

[4] əl-Kafi, c.1, səh. 380, hədis 4

[5] Ənfal, ayə 28

[6] Kənzul-Ummal, hədis 44129

[7] ət-Tərğib vət-Tərhib, c.4, səh. 184, hədis 74

[8] Biharul-Ənvar, c.73, səh. 140,  hədis 12

[9] Nəhcül-Bəlağə, hikmət 322.

[10] Ət-Tərğib vət-Tərhib, c.1, səh. 54, hədis 5

[11] Kənzul-Ummal , hədis 30883.

[12] Əchul Bəlağə, xütbə183

[13] Kənzul-Ummal, hədis 30893

[14] Ğurərul-Hikəm, hədis 9163

[15] Ğurərul-Hikəm, hədis 10109

[16] Nəhcül-Bəlağə, hikmət 1.


more post like this