1409. Fırıldaqçılığın pislənməsi.

4784. Allahın Peyğəmbəri (s): «Kim öz müsəlman qardaşına fırıldaq gəlsə, Allah bərəkəti onun ruzisindən götürər, həyatını xarab edər və onu öz halına buraxar.»[1]

4785. Allahın Peyğəmbəri (s): «Kim eybini alıcıya demədən qüsurlu mal satarsa, həmişə Allahın qəzəbinə tuş gələr və mələklər həmişə ona qarğış edərlər.»[2]

4786. «Kənzul-Ummal»: «Allahın Peyğəmbəri buğda kisəsinin yanından keçirdi. Əlini onun içinə saldı və barmaqlarına nəmişlik gəldi. Buyurdu: «Bu nədir, ey satıcı?» Ərz etdi: «Ey Allahın Peyğəmbəri. Ona yağış dəyib.» Həzrət buyurdu: «Niyə o hissəni üstə qoymamısan ki, camaat görsün? Bizə qarşı fırıldaq işlədən bizdən deyil.»[3]

4787. İmam Əli (ə) (Ona görənlərdən birinə tövsiyyəsindən): «Həqiqətən də, ən böyük ümmətin xəyanətidir (yaxud ümmətə edilən xəyanətdir). Ən çirkin fırıldaq isə rəhbərlərin (və ya rəhbərlərə qarşı edilən) fırıldağıdır.»[4]

4788. İmam Əli (ə): «Xalqın dini işlərində onlara fırıldaq gələn Allahın və Onun peyğəmbərinin düşmənidir.»[5]

4789. İmam Sadiq (ə): «Bizə qarşı fırıldaq işlədən bizdən deyil.»[6]

4790. «əl-Kafi»: İmam Kazim (ə) kölgədə (qaranlıqda) Şapur parçası satan Heşam ibn Həkəmin yanından keçdikdə buyurdu: «Ey Heşam! Kölgədə mal satmaq fırıldaqçılıqdır və (alqı-satqıda) fırıldaq rəva deyil.»[7]

Mizanulhikmətin xülasəsi kitabı – I I cild

 



[1] Biharul-Ənvar, c.76 , səh.356, hədis 30

[2] Kənzul-Ummal, hədis9501

[3] ət-Tərğib vət-Tərhib, c.2, səh.571, hədis 2

[4] Nəhcül-Bəlağə, hikmət 26.

[5] Ğurərul-Hikəm, hədis 8891

[6] əl-Kafi, c.5 , səh.160, hədis 1

[7] əl-Kafi, c.5 , səh.160, hədis 6


more post like this