Vücudi cövhəri-imano, ruhi-din Zəhra,
Sücudi zinəti “Ta-ha”vo “Ya-Sin” Zəhra.

Deyəndə “Əşhədu ənnə Əli vəliyullah”,
Dedi vilayət uca səslə “Afərin!” Zəhra.

Edən vücuduna fəxr ayə-ayə sureyi-həmd,
Həyati-“nə’budu”, mənayi-“nəstəin” Zəhra.

Adı gələndə səmadə, səma şərəfləndi,
Zəmində görmədi gün, ləngəri zəmin Zəhra.

Girami ömrü sovuşdurdi zikro taətilən,
Yaşadı yə’ni peyəmbər kimi əmin Zəhra.

Veribdi qəmlərə yer hörmətilə qəlbində,
Bilibdi qüssələrin gizli hikmətin Zəhra.

Deyir bu misrəi Seyyid, çəkər ürəkdən ah,
Ürəyin ahilə-qan eylədi həmin Zəhra.
http://www.muselman.ws/


more post like this