Cavab: Fatimeyi Zəhra (ə.s) “Kəsa” əshabından biridir. “Mübahilə” “Təthir”, “İtam” ayələri onun və məsum övladlarının şənində nazil olmuşdur. O, ümmül-əimmə (imamların anası) və Allah Rəsulunun yeganə yadigarı, hər iki aləm qadınlarının seyyidəsi və Peyğəmbərə ən yaxın olan adamlardan idi. O öz əxlaq və yaşayış tərzini Peyğəmbər (s.ə.v.v)-in yaşayış və əxlaqından dərs almışdı. Peyğəmbər (s.ə.v.v) cənnət ətrini iyləmək istədiyi zaman Fatiməni (əleyhissalam) öpər və buyurardı: “Fatimə mənim qəlbimin parası və camaat içində mənə ən əziz olan şəxsdir. Kim ona əzab-əziyyət versə, mənə əzab-əziyyət vermiş olar.” [4580]
[4580] Bax: “Beytul-əhzan” kitabının 61-ci səhifəsi.
NUR-AZ.COM


more post like this