Cavab: Hədisi qüdsidə Əbu Bəsir Əbu Əbdüllah (əleyhissalam)-dan rəvayət edir ki, Həzrət belə buyurur: Atam Cabir ibni Əbdüllah Ənsariyə dedi: Mənim səninlə (mühüm bir) işim var. Nə vaxt sakitlik olsav səndən soruşaram. Cabir dedi: Nə vaxt istəsən soruşa bilərsən. Bir gün Cabir atamla bir yerdə təkcə idi. (Mən də onların yanında idim.) Atam Cabirə dedi: Ey Cabir, mənə o lövhdən xəbər ver ki, onu Peyğəmbərin qızının- anam gatimənin yanında görmüsən. De görüm, anam o lövhdə yazılanlar barəsində sənə nə demişdi. Cabir ərz etdi: Allahı şahid tuturam ki, bir gün mən Fatimeyi Zəhra (əleyhasalam)-ın yanına gəlib Hüseynin təvəllüdü münasibəti ilə onu təbrik etdim. Onun əlində yaşıl rəngli bir lövhə var idi. Mən belə təsəvvür etdim ki, o zümrüddəndir. O lövhdə günəşin işığına bənzəyən (və parlayan) ağ yazılar gördüm. Həzrətə dedim: Atam-anam sənə fəda olsun, ey Peyğəmbərin qızı! Bu lövhə nədir? Həzrət Fatimə (əleyhissalam) mənə buyurdu: Bu lövhü Allah Rəsulullaha (s.ə.v.v) hədiyyə etmişdir. Onda atamın, ərimin (Əlinin), iki oğlunun və mənim nəslimdən olan vəsilərin (imamların) adları yazılmışdır. Atam onu mənə vermişdir ki, bununla mənə müÊdəni vermiş olsun. Cabir sonra dedi: Anan Fatimə (əleyhissalam) o lövhü mənə verdi. Mən onu oxuduqdan sonra üzündən bir nüsxə köçürdüm. Atam soruşdu: Cabir, o nüsxəni mənə göstərə bilərsənmi? Atam Cabirlə birlikdə onun evinə getdi. Cabir dəridən olan bir səhifəni çıxartdı. Sonra atam Cabirə dedi: Sən öz əlindəki nüsxəyə bax, mən də (öz əlimdəki nüsxəni) oxuyum. Cabir öz əlində olan nüsxəyə baxdı, atam isə özü ilə gətirdiyi nüsxəni oxudu. Onun, Cabirin əlindəki nüsxə ilə azacıq belə təfavütü yox idi. Sonra Cabir dedi: Mən Allahı şahid tuturam ki, bu lövhdə aşağıdakı sözlər yazılmışdır: Bismillahir-rəhmanir-rəhim. Bu, əziz və həkim Allah tərəfindən Onun peyğəmbəri, nuru, elçisi, hicabı və dəlili olan Məhəmməd üçün yazılan bir kitabdır. Onu Ruhul- Əmin Allah tərəfindən Məhəmmədə nazil etmişdir. Ya Məhəmməd, Mənim adlarımı böyük say (təzimlə yad et) nemətlərimə şükr et və Mənim nemətlərimi inkar etmə. Həqiqətən Mən yeganə Allaham ki, Məndən başqa heç bir məbud (sitayişə layiq şəxs) yoxdur. Mən cabbarların (izzətini) sındıran, məzlumlara dövlət və qələbə nəsib edən və dində qalib və yenilməzəm həqiqətən Mən yeganə Allaham, Məndən başqa heç bir məbud yoxdur. Hər kəs Mənim fəzlimdən başqa bir şeyə ümid bağlasa və ya Mənim ədalətimdən başqa bir şeydən qorxsa, ona elə əzab verərəm ki, aləm əhlindən heç kəsə o cür əzab verməmişəm. (Ey Məhəmməd) yalnız Mənə ibadət et və yalnız Mənə təvəkkül et. Mən hər bir peyğəmbəri göndərdimsə, onun günləri kamil olduqdan, nübüvvəti tamamlandıqdan sonra hökmən (onun üçün) bir canişin təyin etdi. Həqiqətən Mən səni sair peyğəmbərlərdən, sənin canişinini isə sair (peyğəmbərlərin) canişinlərindən fəzilətli etdi. Mən sənə iki nəvə-Həsən və Hüseyni-əta etməklə səni əzizləmişəm. Həsəni, atasının ömrü sona çatdıqdan sonra Öz elmimin mədəni (xəzinəsi) qərar verdim. Hüseyni də Öz vəhyimin xəzinədarı qərar verdim. Onu şəhadət vasitəsi ilə əzizləyib ömrünü səadət və xoşbəxtliklə xətm etmişəm. O, şəhid olanların ən üstünü və fəzilətlisi, içərisində ən eüksik dərəcədədir. Öz tam kəlmələrimi onun yanında əmanət qoymuşam. Mənim yetərli höccətim onunladır. Onun itrətinə məhəbbəti vasitəsi ilə (bəndələrə) mükafat verirəm, (onlarla düşmənçilik səbəbilə, bəndələri) cəzalandıraram (İmam Hüseynin sülbündən olan) ilk imam ibadət edənlərin ağası (seyyidi), Mənim keçmiş övliyalarımın zinətidir. Ondan sonra da, cəddi Məhmuda bənzəyən övladı-Məhəmməd Baqiri Mənim elmimin dərinliklərini yaran və hikmətimin mədənidir. Cəfərin (imaməti) barəsində şəkk edənlər çox tez bir zamanda həlak olarlar (yəni hər kəs onun imamətində şəkk etsə, azğınlardandır). Onu rədd edənlər sanki Məni rədd etmişdir. Mən hökmən Cəfərin məqamını kəramətli (gözəl) edəcəyəm onu, işləri, köməkçiləri və dostları yanında şad məhəbbət (və ya zahir) edəcəyəm. Ondan sonra, (onun övladı) Musa üçün qaranlıq zülmətləri imtahan müqəddər olacaq. (yəni o, ömrünün əksər hissəsini zindanlarda keçirəcəkdir). Çünki Mənim qəzavü-qədər silsiləm heç vaxt kəsilməz və höccətim məxfi qalmaz. Mənim övliyalarım vəfa (tamam) olunan camlarla sirab olarlar. Hər kəs onlardan birini inkar etsə, mənim nemətlərimi inkar etmişdir (çünki imamın varlığı insanların hidayət olunub azğınlığa düşmələrinin qarşısının alınması üçün böyük bir nemətdir). Hər kəs Mənim kitabımdan bir ayəni dəyişdirsə, Mənə iftira yaxmışdır. Vay olsun Mənim bəndəm, həbibim və seçdiyim Musanın ömrü sona çatan zaman Mənim dostum və köməkçim olan Əliyə iftira atanlara və (imaməti barəsində) şəkk edənlərə. O şəxs ki, Mən onu nübüvvət libası ilə bürümüşəm (yəni onu nübüvvətin canişini seçmişəm), və ona qüdrətli etməklə imtahan edəcəyəm. Onu zalım (təkəbbürlü) və xəbis bir şəxs öldürəcək. O, Mənim bir saleh bəndəmin bünövrəsini qoyduğu bir şəhərdə (məqsəd Məşhəd şəhəridir), çox şər bir adamın yanında (Harun Ərrəşid) dəfn olunacaqdır. Bu Mənim haqq sözümdür: Mən onu, ölmündən qabaq övladı və xələfi onun elminin varisi Məhəmmədin vasitəsi ilə şad edəcəyəm. O, (Məhəmməd) Mənim elmimin mədəni, sirlərimin məkanı, və Mənim məxluqatıma olan höccətimdir. Hər bəndə onun imamətinə iman gətirsə, həmin şəxsin, hər biri onun nəslindən və cəhənnəm oduna layiq olan yetmiş nəfərə şəfaətini qəbul edərəm. Bu səadəti dostum, köməkçim, ümmətə şahidim və səhyimə əmanətdarım olan övladı (imam Əliyyən Nəqi) ilə kamil edəcəyəm. Onun sülbündən də bir şəxsi vücuda gətirəcəyəm ki, o, (insanları) Mənim yoluma dəvət edən və Mənim elmimin mədənidir. Onun adıda Həsəndir (Əsgəri) . Mən bunu (imaməti) Həsənə “Məhəmmədə” verməklə təkmilləşdirəcəyəm. O, bütün aləmdəkilər üçün bir rəhmətdir. Onda Musanın kamalı, İsanın dəyəri və Əyyubun səbri vardır. Onun dövründə (zühurdan qabaq) Mənim övliyalarım xar və zəlil olarlar. Onların başlarını, türklərin və tatarların başını kəsib hədiyyə apardıqları kimi kəsər və hədiyyə apararlar. Onlar öldürülər, odda yandırılarlar. Həmişə (düşmənlərdən) qorxar, vəhşət hissi keçirər və yer onların qanı ilə al-əlvan olar. Onların ailələrində ah-nalə və şivən qopar. Onlar Mənim həqiqi dostlarımdır. Mən onların varlıqları səbəbi ilə bütün (azğınlıq) qaranlıqları olan fitnələri aradan qaldıracağam. Onların vasitəsi ilə çətinlikləri, açaram, məşəqətləri aradan qaldıraram. Onlar həmin şəxslərdir ki, Rəbbləri tərəfindən onlara salam və rəhmət nazil olar və məhz onlar (nicat tapanlar və) hidayət olunanlardır. Nur-az.com


more post like this