Qur’ani-kərim ailə bünövrəsinin

möhkəmliyində iki şərt qeyd edir. Bu iki
şərt ödənərsə, ailə möhkəm olar və heç
bir tufan onu silkələməz. Bu iki şərt
pozulanda Şeytanın ailəyə nüfuz yolu
açılır.
Bu əsaslardan, şərtlərdən biri ər-arvad
arasındakı qarşılıqlı məhəbbətdir. Bu
məhəbbət ailə mühitində xoşbəxtlik və
səmimiyyət yaradır, eləcə də bütün
bulanıqları aradan qaldırır. İkinci əsas
qarşılıqlı şəkildə bağışlamaq, əfv
etməkdir. Bu şərt ödənərsə, əlaqələr
güclənər, ailə ixtilafları qabarmaz.
Qur’ani-kərim buyurur: «Onlarla
ünsiyyətiniz üçün öz cinsinizdən
zövcələr xəlq etməsi, aranızda sevgi və
mərhəmət yaratması da onun
dəlillərindəndir». («Rum» surəsi, ayə
21).
Allahın razılığı ilə, qarşıda bu barədə
daha geniş danışılacaq.
Əli və Fatimənin (s) həyatı məhəbbət,
güzəşt və isarın nümunəsidir. Bu iki
mə’sumun günah və xətası olmasa da,
onlarda mehr-məhəbbət, maddi
çətinliklərə e’tinasızlıq özünün ən
yüksək zirvəsindədir. O dövrün həyat
çətinlikləri, ağır işləri şəxsən icra
etmələri, üzücü sıxıntılar bu növ cavan
ailənin güzəranına kölgə salmışdı.
Həyatları tam kasıblıqla keçir, çox vaxt
evdə bir parça çörək də olmurdu. Lakin
ailədə hökm sürən səbr və mərhəmət
ab-həvası bütün çətinlikləri
unutdururdu. Hətta ən çətin vəziyyətdə
də Fatimə (s) Əlidən (ə) nə isə tələb
etmir, onu əziyyətə salmaq istəmirdi.
Diqqət edin:
Əli (ə) otağa daxil olur. Fatiməni (s)
rəng-ruhu saralmış görür. Fatimədən (s)
yemək istəyəndə «üç gündür evdə
yemək yoxdur» cavabını alır. Əli (ə)
buyurur:
Nə üçün mənə xəbər vermədin?
Həzrət Fatimə (s) buyurdu:
Atam Peyğəmbər (s) mənə qadağan
edib ki, səndən nə isə istəyəm. Buyurub
ki, özü ilə bir şey gətirsə, gətirib,
gətirməsə tələb etmə.
Başqa bir rəvayətə görə yuxarıdakı
hadisə zamanı Zəhranın (s) körpələri
aclıqdan titrəyirdilər.
Bəli, Fatimə tək mehriban bir ana
«Məhəmməd gülü» olan övladları ilə bu
sayaq çətinlikdə yaşayırdılar. Budur
Fatimə (s) dözümü, budur Fatimənin (s)
Əliyə (ə) qayğısı.
Rəvayətə görə, Fatimədən (s) bu sözləri
eşidən Əli (ə) yemək ardınca evdən
çıxır. Bir dirhəm borc alır ki, ev üçün ruzi
alsın. Yolda Miqdadla rastalaşır və bu
vaxt onu evdən çıxmağa vadar edən
səbəbi soruşur. Miqdad cavab verir:
«Aclıq». Bunu eşidən Əli (ə) borc aldığı
bir dirhəmi Miqdada verib, evə əliboş
qayıdır.
http://www.muselman.ws/


more post like this