Ömür kitabını vərəqlədikcə
Maraqlı bir şeylər dəymir gözümə.
Gün ötüb,ay bitib,zaman keçdikcə
Sual verirəm mən özüm-özümə;

Mənası nə imiş bəs bu dünyanın?
Qiyməti yox imiş fani cahanın!

İnsanlar özlərin xoşbəxt sanırlar,
Sanki qalacaqlar əbədi burda.
Ölüm ayağında çaşıb qalırlar,
Acı sual gəlir ağıla burda;

Mənası nə imiş bəs bu dünyanın?
Qiyməti yox imiş fani cahanın!

Yaradılıb insan imtahan üçün,
Yaxşılıqla pisi ayırmaq üçün,
Saleh əməllərlə yaşamaq üçün.
Belə deyildirsə fikirləş özün;

Mənası nə imiş bəs bu dünyanın?
Qiyməti yox imiş fani cahanın

http://sayt.ws/eshqem/index.php


more post like this