1469. Fəzilətlər.

5026. İmam Əli (ə): «Üstünlük mal-dövlətin çoxluğu, işlərin (və əsil-nəcabətlərin) böyüklüyü ilə deyil, gözəl kamal və yüksək əxlaqla ölçülür.»[1]

5027. İmam Əli (ə): «Rəhbərlərin üstünlük dərəcələri, onların ibadətinin gözəlliyi ilə ölçülər.»[2]

5028. İmam Əli (ə): «Təqvalılar dünyada fəzilət sahibləridir. Onların danışıqları doğru, geyimləri orta səviyyəlidir.» [3]

5029. İmam Əli (ə): «Özünü pisliklə cəzalandırmaqdan üstün bilən kəs bütün fəzilətləri kəsb etmişdir.»[4]

5030. İmam Əli (ə): «Pislik edənə yaxşılıq edən kəs, şübhəsiz ki, bütün fəzilətləri öz ixtiyarına almışdır.»[5]

5031. İmam Əli (ə): «Qüdrətli olduqda güzəşt edən, çətinlik və kasıblıq vaxtı əliaçıq, yoxsulluq vaxtı fədakar ol ki, fəzilət və üstünlüyün kamil həddə yetişsin.»[6]

5032. İmam Səccad (ə): «Qiyamət günü Allah-taala əvvəldən axıradək bütün insanları bir səhraya yığdıqda, carçı car çəkər:  «Haradadır fəzilət əhli?» Bundan sonra bir dəstə  adam ayağa qalxar. Mələklər onları qarşılamağa gedər və soruşarlar: «Sizin fəzilətiniz nə idi?» Deyərlər: «Bizimlə əlaqələrini kəsən şəxslə əlaqə yaradardıq, bizi məhrum edən şəxsə bəxşiş edərdik, bizə zülm edən kəsə güzəşt edərdik.» Onlara deyilər: «Doğru deyirsiniz. Cənnətə daxil olun.»[7]

5033. İmam Cavad (ə): «Fəzilətlər dörd cürdür. Birincisi hikmətdir, hikmətin də canı düşünməkdir. İkincisi iffətdir, iffətin də canı şəhvətdir. Üçüncüsü qüdrətdir, onun da canı qəzəbdir. Dördüncüsü ədalətdir. Onun möhkəmliyi nəfsanı qüvvələri tənzimləməkdədir.»[8]

1470.Ən üsün fəzilətlər

5034. İmam Əli (ə): «İnsaflı olmaq fəzilətlərin ən üstünüdür.[9]

5035. İmam Əli (ə): «Dili qorumaq və bəxşişlə yaxşılıq etmək insanın ən üstün fəzilətlərindəndir.»[10]

5036. İmam Əli (ə): «Heç bir fəzilət yaxşılıq etməkdən daha üstün de-yildir.»[11]

5037. İmam Əli (ə): «Qəzəbə hakim olmaq və şəhvəti öldürmək fəzilətlərin başında gəlir.»[12]

5038. İmam Əli (ə): «Fəzilətlərin zirvəsi elmdir.»[13]

 

1471.Ən üstün insanlar.

5039. Allahın Peyğəmbəri (s): «Sizin Allah yanında ən yüksək məqam sahibi olanınız, daha uzun müddət aclıq çəkən və düşüncələrə dalanınızdır. Allah yanında ən mənfurunuzsa, çox yatağan, qarınqulu və çox içəninizdir.»[14]

5040. Allahın Peyğəmbəri (s): «Ey camaat! Həqiqətən, insanların ən üstünü odur ki, yüksək məqamına baxmayaraq təvazökarlıq etsin, qüdrətinə rəğmən dünyaya zahid olsun, dövlətli olsa da xərclərində insaflı olsun, güclü olduğu qədər də insaflı olsun. Bilin ki, ən üstün insanlar, dünyadan ona kifayət edən qədər götürən, onda iffətli və izzətli ömür sürən, səfərə (axirətə) azuqə yığan və getməyə hazırlaşan bəndələrdir.»[15]

5041. İmam Əli (ə): «Allahın yanında Onun ən üstün bəndələri yol gös-tərən və yol tapmış ədalətli rəhbərdir. Beləsi tanınan sünnəni dirçəldər, tanınmamış bidəti öldürər.»[16]

5042. İmam Əli (ə): «Həqiqətən, Allah yanında ən üstün insan, haqq ona kədər və çatışmazlıq, batil isə xeyir və artım   gətirsə də, haqqa əməl etməyi batilə əməl etməkdən çox istəyəndir.»[17]

Mizanulhikmətin xülasəsi kitabı – I I cild



[1] Ğurərul-hikəm, hədis 1925

[2] Ğurərul-hikəm, hədis 6559

[3] Nəhcül-Bəlağə, xütbə 193

[4] Ğurərul-hikəm, hədis 5139

[5] Ğurərul-Hikəm, hədis 8905

[6] Ğurərul-Hikəm, hədis 7179

[7] əl-Kafi, c. 2, səh. 107, hədis 4

[8] Kəşful-Ğummə, c. 3, səh. 138

[9] Ğurərul-hikəm, hədis 805

[10] Ğurərul-hikəm, hədis 4899

[11] Ğurərul-hikəm, hədis 10625

[12] Ğurərul-hikəm, hədis 5237

[13] Ğurərul-hikəm, hədis 6379

[14] Tənbihul-xəvatir, c. 1, səh. 100

[15] Əlamud-din, səh. 337, hədis 15

[16] Nəhcül-Bəlağə, xütbə 164

[17] Nəhcül-Bəlağə, xütbə 125


more post like this