1453.Öz rəyinə əsasən fətva verən.

4949. Allahın Peyğəmbəri (s): «Sizlərin fətva verməkdə ən həyasızınız, od qarşısında ən həyasız olanlardır.»[1]

4950. İmam Baqir (ə): «Biz öz rəy və istəyimizə əsasən camaata fətva ver­səydik, hər an məhv olanlardan olmuşduq. Ancaq biz Allahın Pey­ğəmbərinin (s) sözü və sünnəsi, özümüzün malik olduğumuz və əziz atala­rımızdan bizə miras qalan elmi üsullara əsasən camaata fətva veririk.»[2]

4951. İmam Sadiq (ə): «Kim öz nəzərinə görə camaata fətva versə, bil-mədiyi şeyin ardınca getmişdir. Bilmədiyi şeyin ardınca gedən, bil­məyə­rəkdən halal və haram işlər görməklə Allahla qarşıdurmaya getmişdir.»[3]

4952. İmam Sadiq (ə): «Fətva verməkdən, şirdən qaçan kimi qaç və boynunu camaatın körpüsünə çevirmə.»[4]

 

1454. Fətva verməkdən ötru alimin icazəsi.

4953. İmam Əli (ə) (Qusəm ibn Abbasa məktubundan): «Səhər və axşam onlarla əyləş və səndən hökm, sual soruşan üçün fətva ver, nadanı öyrət və bilikli ilə elmi söhbət apar».»[5]

4954. İmam Baqir (ə) (Əban ibn Təğlibə xitabən): «Mədinə məscidində əyləş və camaat üçün fətva ver. Çünki mən şiələrimin arasında sənin kimi insanların görünməsini istəyirəm.»[6]

Mizanul – hikmətin xülasəsi kitabı – I I cild



[1] Biharul-Ənvar,  c. 2, səh. 123, hədis 48

[2] Biharul-Ənvar, c.2, səh. 172, hədis 3

[3] Biharul-Ənvar, c.2, səh. 299, hədis 25

[4] Biharul-Ənvar, c. 2, səh. 260

[5] Mustədrəkul-Vəsail, c.17, səh. 315, hədis 21453

[6] Mustədrəkul-Vəsail, c.17, səh. 315, hədis  21452


more post like this