1466. Kütləni fəsada çəkən şeylər.

1. Günah.

Quran:

«İnsanların öz əlləri ilə etdikləri pis əməllər üzündən suda və quruda fəsad, pozuntu əmələ gələr ki, Allah etdikləri əməllərin bəzisinin cəzasını onlara dadızdırsın. Bəlkə onlar bununla qayıtsınlar.»[1]

Hədis:

5017. Allahın Peyğəmbəri (s): «Bəndə gizlində günah etdikdə o günah yalnız öz sahibinə zərər vurar. Aşkarda günah etdikdə isə camaat onu çəkindirməzsə, bu zaman camaatın hamısına zərər vurar.»[2]

2. İxtilaf.

5018. İmam Əli (ə): «Allaha and olsun! Haqqı batillərinə üstün gələnlərindən savayı, heç bir ümmət öz peyğəmbərindən sonra ixtilafa düşməyib. Allahın ixtilafa düşmələrini istəmədiyi ümmətlər istisnadır.»[3]

3. Haqdan məhrum olmaq.

5019. Allahın Peyğəmbəri (s): «Acizin haqqını qorxmadan, titrəmədən qüdrətli şəxsdən almayan ümmət heç vaxt pak (xoşbəxt) olmaz.»[4]

 

1467. Fəsad törədənlər kimlərdir.

Quran:

«Allaha və peyğəmbərə qarşı vuruşanların, yer üzündə fətnə-fəsad salmağa çalışanların cəzası öldürülməkdən başqa bir şey deyildir.»[5]

«(Səba mələyi) Dedi: «Hökmdarlar bir ölkəyə girdikləri zaman onu xarabalığa çevirər, əzizlərini də zəlil edərlər. Onların üslubu məhz belədir»[6]

«Onlara «yer üzündə fəsad törətməyin»  dedikdə, «biz yalnız islah edənik» deyərlər.»[7]

 

İsrafçıların (və həddi aşanların) əmrinə tabe olmayın! O kəslər ki, yer üzündə fitnə-fəsad törədər və islah etməzlər.»[8]

 

Hədis:

5020. Allahın Peyğəmbəri (s): «Mənim ümmətimin içərisində iki dəstə vardır. Əgər onlar düzəlsə, ümmətim düzələr, onlar korlansa ümmətim  də korlanar.» Dedilər: «Ey Allahın Rəsulu! O hansı iki dəstədir?» Buyurdu: «Fəqihlər və hökmdarlar.»[9]

5021. İmam Əli (ə): «Yol azuqəsini zay etmək fəsad törədən (və israf yaradan) hallardandır.»[10]

5022. İmam Rza (ə): «Fəsad (və israf) hallarından biri də dirhəm və dinarı (başqa məqsədlə istifadə üçün sikkə pulu) sındırmaq və meyvə çərdəyini kənara atmaqdır.» [11]

 

1468. Fəsad və puçluğun qarşısını alan şeylər.

5023. Allahın Peyğəmbəri (s): «Allaha ruku edən bəndələr, südəmər körpələr, otlayan heyvanlar olmasaydı, mütləq onların başına ağır əzab endirərdim.»[12]

5024. İmam Əli (ə): «İnsanlar qəzəb və bəlalar nazil olanda, nemətlər əllərindən çıxanda doğru niyyətlərlə, müştaq qəlblərlə  Allaha pənah aparsalar, heç şübhəsiz,  (Allah) əllərindən çıxan hər bir şeyi geri qaytarar. Onlar üçün hər bir fəsadı islah edər.»[13]

5025. İmam Sadiq (ə): «Allah-taala bizim namaz qılan şiələrimizin varlığının bərəkətindən, əzabı namaz qılmayan şiələrimizdən uzaqlaşdırar. Əgər onların hamısı namaz qılmağı tərk etsəydilər, mütləq məhv olardılar. Allah-taala bizim zəkat verən şiələrimizin bərəkətindən (əzabı) zəkat verməyən şiələrimizdən uzaqlaşdırar… Allah-taalanın «Allah insanların bir qismini, digər qismi ilə dəf etsəməydi, mütləq yer üzü fitnə-fəsada uğrayardı.»[14] kəlamının mənası da məhz budur.»[15]

Mizanulhikmətin xülasəsi kitabı – I I cild



[1] Rum, ayə 41

[2] Biharul-Ənvar, c. 100, səh. 74, hədis15

[3] Əmali –Mufid, səh. 235, hədis 5

[4] Biharul – Ənvar c.77, səh. 258, hədis 1

[5] Maidə, ayə 33

[6] Nəml, ayə 34

[7] Bəqərə, ayə 11

[8] Şuəra, ayə 151-152

[9] əl-Xisal, səh. 37, hədis 12

[10] əl-Kafi, c. 8, səh. 24, hədis 4

[11] Mən la yəhzuruhul-fəqih, c. 3, səh. 167, hədis 3625

[12] Nurus-Səqəleyn, c. 1, səh. 253, hədis1007

[13] Nəhcül-Bəlağə, xütbə 178

[14] Bəqərə, ayə 251

[15] əl-Kafi, c. 2, səh. 451, hədis 1


more post like this