Cavab: Hişam ibni Əbdül Məlik Allahın evinin ziyarətinə getmişdi. O təvaf edib Həcərül-əsvədi öpmək istədi, lakin camaatın izdihamından buna nail ola bilmədi. Az sonra onun üçün mənbər qoydular və o mənbərdə əyləşdi. Bu zaman İmam Səccad (əleyhissalam) Allahın evinə varid oldu. Əbası və bir ridası var idi. O, camaat arasında hamıdan daha xoş sifətli, xoş ətirli və təvazökar idi. Alnındakı əlamətdən çox səcdə etdiyi məlum idi. O, təvafı yerinə yetirib Həcərül-əsvədə çatdıqda camaat hörmət əlaməti olaraq yol açıb İmam Səccad (əleyhissalam)-a yol verdilər. Camaatın bu rəftarını görən Hişam onların hərəkətindən bərk əsəbiləşdi. Bu zaman şamlılardan biri: – Ey Hişam! İnsanların belə ehtiramını qazanan bu şəxs kimdir? – deyə soruşdu. Hişam ətrafında şamlıların əksəriyyət təşkil etdiyini görüb o həzrətə rəğbət yaranmaması üçün dedi: –Mən onu tanımıram! Oradakıların içində olan şair Fərəzdəq dedi: Amma mən onu tanıyıram. Şamlı: Ey Əba Firas, o kimdir? – deyə soruşdu. Fərəzdəq bir neçə beyt şerlə o Həzrəti təqdim etdi. Şerin tərcüməsi belədir: “Bu elə şəxsdir ki, Bətha (Məkkə-Mədinə) onun ayaq izlərini tanıyır. Onu Beytullah, Hərəm, Hill tanıyır, Bu, Allah bəndələrinin ən üstününün övladıdır. Bu, pərhizkar, nəzif, pak və qövmün ağasıdır. Qureyş ona baxanda söz ustaları deyər: Kəramət bunun kəramətində və böyüklüyündə xülasələnir. Həya və heybət üzündən ona baxan gözlər qapanar. Yalnız çöhrəsində təbəssüm göründüyü zaman ona bir söz deyərlər. O, elə bir dəstədəndir ki, onlarla dostluq imanın, düşmənçilik isə küfrün əlamətidir. Onlara yaxın olmaq nicat yolu və qurtuluş məkanıdır. Əgər pərhizkar və təqvra əhlini saysalar, bu dəstə onların qabaqcıllarıdır. Ya əgər deyilsə ki, yer əhlinin ən üstünü kimdir?-deyərlər ki, bunlardır! NUR-AZ.COM


more post like this