Cavab: 1. “Panteism” İrfanda ən əsaslı mənalardandır. İrfan məktəbində, məsələn İbn Ərəbi məktəbində, əsasların əsası sayılır. Bu əsasa istinadən, vücudun vahid və əzəli bir həqiqəti var. O Allahdan qeyrisi deyil. Ondan qeyrisində vücud həqiqi deyil. Gözə çarpan hər şey, əslində, o vahid həqiqətin müxtəlif təzahürləridir ki, əşya formasında təcəlli olublar və bunların hamısı, o vahid həqiqi vücudun özüdürlər.
2. Panteismə fəlsəfi arqument də gətirilib. Hərçənd onu isbat etməkdə, müşahidəyə əsaslanır. Bu arqument “vücudun əsilliyinə” və “vücudun mənəvi iştirakına” əsaslanır. Bu arqumentlərdən biri budur ki, vücudun mənəvi iştirakını nəzərə alaraq, vücudun vahid həqiqəti olmalıdır. Çünki müxtəlif varlıqlardan vahid mənanı əldə etmək, mümkün deyil. Bundan əlavə panteism nəzərini təsdiq etmək üçün “bütün əşyaların həqiqətinin bəsit olması”qaydasında istinad ediblər.
3. Fəqih və kəlam alimlərinin bəzisi, panteism nəzəriyyəsilə müxalifətçilik ediblər. Onların bəzisi onu şirklə eyni bilirlər. Allahın vücudunu, əşyaların vücudundan ayrı bilirlər. Onların fikrincə, Allahın vücudu, maddi əşyaların çirkinliyi ilə bir yerdə ola bilməz.
4. Fikrimizcə, bəzi alimlərin ariflərlə və məxsusən panteism nəzəriyyəsi ilə müxalifətçilik etmələri, irfanda açıqlanan məsələlərin, məxsusən qeyd olunan nəzəriyyənin dərin və düşüncə üçün ağır olmasıdır. Belə ki, irfan iddiasında olanların bəzisi, məsələni düzgün formada açıqlaya bilmədilər. Digər bir dəstə isə, elmi savadlarının zəifliyinə görə, o cür dəqiq məsələləri qəbul edə bilmədilər.
5. Sədrül- mətəllihin, arif üslublu bir filosof olaraq, panteismin mənasında saflaşdırma və düzgün başa düşülməmə nəticəsində yaranan iradları aradan qaldırmağa çalışılır. O cümlədən əsfar ərbəə kitabında, heç bir şeylə məhdudlaşmayan, mütləq varlıq ki, ona “zati əhədiyyət” və buna oxşar terminlər işlədir, bununla, varlıqların vücudu ilə genişlənmiş” mürəkkəb varlıq” arasında, fərqin olduğunu bildirir. Panteism və mütləq vücuddan ariflərin məqsədini, birinci mənada bilir, nəinki ikinci mənada. Səhv, inkar və küfr demələrin mənşəyini, mənada qarışıqlıq bilir.


more post like this