Cavab: “Xunnəs” “üz tutub geri dönən” mənasını verir. “Kunnəs” gizlənən deməkdir. “Cəvar” isə axan, gedən mənasında işlənir. Təfsirçilərin bildirdiyi kimi, ayələrdə gözlə görünən səyyarələr nəzərdə tutulur. Onlar hərəkət edir, bəzən görünür, bəzən isə gözdən itirlər. Qurani-məcid bu səyyarələrə and içməklə insanların diqqətini yaradanın əzəmətinə yönəldir: “And olsun dönən ulduzlara; axıb gizlənmişlər.”
Maraqlıdır ki, astronomlar bu ulduzları “mütəhəyyirə”, yəni “heyran qalmış” adlandırırlar. Çünki onlar bir-başa xətt üzrə hərəkət etmir, bir qədər hərəkət edib, azca geri dönür və ikinci dəfə hərəkətə başlayırlar. Olsun ki, ayədə “geri dönənlər” ifadəsi bu məqsədlə işlədilmişdir.
NUR-AZ.COM


more post like this