Ruslan Növrəs

Fələk atcaq əlin ol vaxt; qələm dəftərinə,

Yazdı qəmlərlə keçən ömrümü qəm dəftərinə.

 

Hər kim “On dörd nəfər” eşqinə yazmış – mən özüm,

Qurbanam həm özünə, həm qələm, həm dəftərinə.

 

Şair öz yarın elə vəsf eləyir şe`rində,

Sanki zülmətdə saçır nurunu şəm dəftərinə.

 

Ağladır şairi, yazdıqca yanır hicr oduna,

Salır, axdığca onun göz yaşı nəm, dəftərinə.

 

Əbədi görmək üçün yarının ol gül üzünü,

Aşiqin Tanrı yazar ömrünü kəm dəftərinə.

 

Aşiq hər zülmə dözər eşqini danmaz, çünkim,

Bağlanıb bəxti yazan əlnən ələm dəftərimə.

 

Bir siyahi nə zaman ki, tutulub eşq içrə,

Mənim ilk ismim olub həkk sitəm dəftərinə.

 

Növrəsin şakəridir – nəzmini yazdıqda, onun,

Salmayıb zərrə nəzər bircə sənəm dəftərinə.

canderyasi.com


more post like this